Bir qadın

Bir qadın
Sevgi Dünyası
10.09.2017 12
- Bir gün gələr, fani adlandırdığın həyata, vecsiz olan bir cana, bir qadın daxil olar. Ruhun gözəlləşər, təqvimin, yalnız rəqəmlərdən ibarət olmaz. Dəyişərsən, geyimini dəyişərsən, xəyallarınıda canlandırdığın Badu-kübəni dəyişərsən. Kövrək musiqiləri, sevgi dolu nəğmələrlə əvəz edib, playlistinə əlavə edərsən. Həyatına biri daxil olar,

- Bir qadın.

- Baxışları, Paris ətirləri qədər özəl, sözləri İncildən götürülmüş müqəddəs kəlamlar.Sabah yuxudan oyandıqda, əlin avtomatik olaraq telefonu axtarar. Və oxumaq istədiyin üç söz,

- Sabahın xeyir sevgili...

- Ürək, döyüntüsünü, səndə gülüşünü çoxaldarsan. Xəyalların otaqlarını artırar, dörd künc saydığın kürə, dairədən ibarət olar o gün.

Çox sevər səni, səni çox sevər,

- O qadın...

- Hər gün "necəsən?" deyə soruşar. Bilir eyni cavabı verəcəksən, amma yenədə sorar. Düzdür, ana qayğısı göstərə bilməz əsla, amma övladına analıq nəvazişini hiss elətdirər. Qorxar, sənə bir şey olacaq deyə, özünü fikirlərə qərq edər. Səni çox sevər. Çox sevər səni,

- Bir qadın.

- Bu şəhərdə yaşar, küçələrindən keçər deyə, sevərsən. Sevərsən bu şəhəri, bu küçələri. Həyatda dörd fəsilin olması nəyinə gərək, o sənə hər zaman "yazı" yaşadar.Bir zaman palçıq adlandırdığın yağışı, soyuqdan ibarət olduğunu zənn etdiyin qışı, sənə özəl etdirər. Hər zaman "bu gün nə etdin?" deyə maraqlanar sənlə.Səni çox sevər, çox sevər səni,

- Bir qadın.

- Zamanla onun nəyə qadir olduğunu anlarsan.

Zərif olmasına baxma, sənə bir şey olsa, gözlərinin qızartısından, gözlərinə baxa bilməz heç kim. Günşdən çox isti, günəşdən çox qamaşdırar gözləri...

- Sirrini bölüşmək istəsən, dost-tanış boş şeydi, bir qadına de. Sən desən belə, o əsla heç kimə anlatmaz sirrini. Düşünər, hər saniyənə düşünər

"nə edirsən?" deyə. Səni çox sevər, çox sevər səni,

- Bir qadın.....



- Süleyman Əliyevскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!