Adam...

Adam...
Sevgi Dünyası
10.09.2017 12
Bəzən,
gülüşlərindən qorxduğun insanların toruna düşərsən. Nə dünən, nədə bu
gün sənin üçün önəmli sayılmaz. Gördüyün və axtardığın nə varsa hamısını
o kəsdə bilərsən. Hər şeyin ondan gəlməsini, ondan olmasını istərsən.
Qorxaq sözü cəsarətlə əvəz olunmadığı an, sistemə daxil olduğunu
anlarsan. Kimlər lazımdı bizə, içi boş varlıqlar, yoxsa müqəddəs
kitabları yaradan ölülər?!

- İnsanın ürəkdən gələn bir cümləsi olur həmişə "Mən həqiqətən yoruldum". Həqiqətən yorulduğunu,
həqiqətdən sonra anlayarsan həmişə. Duyğular boş-boşuna bəstələnmir,
şeirlər məhşurluq üçün yazılmır. Əsl şair yolunu azdıqda zaman durar. Bu
gününü dünəndən ayıra bilməyən insanlardı çarəsiz, boş otaqlarda nəğmə
dinləyənlər yox.

-
Hər kəs bir gün çıxıb gedər, günəşin işığına aldanma adam. Özündən
başqa insanları düşən adam gördükdə, cəmiyyətə azda olsa qoşulmağım
gəlir. Gərəksiz mentalitet uydurmalarından və "millət nə deyər?" deyə
düşünən beyinlərdən iyrənirəm. Bir gün biraz yaşamaq istəsəm, elə o an
yağış yağar. Nə vaxt xoşbəxt olmaq istəsəm, göydəkilər ağlar.

-
Ölümü düşünən insanları aciz bildilər, amma düşünmədilər ki, onlarda
sizin kimi, varlı otaqlarda, seçilən badələrlə bir xalıqın şərəfinə
vursaydılar, "insan" kimi yaşıya bilərdilər bəlkə.

- Bu lazımsız yaşam, insanı çox düşündürür adam.

-
Niyə?, harda?, nə zaman? adlı suallardı bizi sağa-sola fırladan.Çoxuna
kimlərinsə xəyanəti yox, gülüşləri acı verir. Bir zaman sənə görə batan
yanaqların, indi çuxurlarında göz yaşından ibarət şərab damcısı bürüyür
ətrafını. 

- Çox zaman tərk etdiyim şəhərlərə bənzədirəm yaxınlarımı. Məndən uzaq, biraz soyuq, səmimiyyət daha əvvəlki kimi deyil.

Onlar dünənlərdə yaşıyan insanlar olsada, bu günlərdə tamam fərqlidir. Hər kəs sənin kimi deyil adam...

-
Unut hər şeyi, get deməsi gəlir adamın. Ruhumdan əlimi üzmüşəm,
dostlarımda artıq dörd hərifdən ibarət olmağa başlayıb. Sən dörd hərifə
çevrilmə,

- Adam...

-
Qəribə sonsuzluqdan qorxma, yüksək uçurumlar səni öldürməz. İnsanlar
böyüdükcə yaşlanır, qorxduqca aşiq olurlar. Amma mən, hər zaman ölümün
üzünə dik baxmışam. Nə zaman öləcəm deyə kədərlənməmişəm, əksinə, nədən
bu yerlərdəyəm deyə üzülmüşəm. Boş ver adamım, onsuz hər kəs oxumaq
istədiyi cümlələri seçib götürür. Kimin nəyinə lazım, ağrılı sətirlər?!

- Hər kəs getsin, sən qal adamım.

- Bir mən, birdə biz...

"Bir şeyi unutmaq istəsən, onu çox xatırla. "скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!