Ruhlarla dolaşır dəniz

Ruhlarla dolaşır dəniz
Sevgi Dünyası
10.09.2017 8
-
İstəklərimiz və yaşananlar tamam ayrı yönlərdə. Boş otaqlarda, qızarmış
gözlərin yanaqlardan süzülən təsviri. İçi dolu xatirələr, ayrılıqlar,
çırpılan pəncərələr. Sadəcə cümlələrlə dostlaşmaq və hər səhər yuxudan
ayılmaq planları. Yorğun baxışlar, şəhərin bir nöqtəsinə toxunub
qaldıqca, xəfif bir külək köynəyinin boş hissəsini tərpədər. Yollarda
eyni insanlar, vaqonlarda içi boş sərnişinlər. Hara gedəcəkləri yox, nə
qazanacaqlarını düşünən onlarca vücud. 

- Kimlərin oyununa gəldik?

- Neçənci sifətdə yer aldıq?

- Bizi varlıqlara bağlayıb, sonra onlardan ayırır müqəddəslər.
İtirdiyimiz doğmalıqlar, həyatı fani və gərəksiz olduğunu bildirdi bizə.
Qaçmaq istədikcə, hop deyib torbasına keçirən qocamanlar kimlər?!

- Dairəvi diyarın, hər bucağı künclərdən ibarət. Sevgilər şəhərində partladılan göydələnlər nəyin rəmzi?

- Sözdə Tanrının, içdə nəfslərinin qulu sayılan varlıqlar, bizi nə həddə gətirdi?!

- Dahilərə inansaq yaradan, insanlara inansaq yaradılan mövcud deyil.
Duaların istiliyi, insanı qızdırır deyə, yanmaqdan qorxan haqsızlar var
bu yerlərdə. Eyni şəhərdə, lakin ayrı-ayrı döngələrdə kök salmış ruhsuz
cisimlər. Ayrılıqları saysız, xoşbəxtləri tək-tük tapılan bir diyarın
sakiniyəm mən. İçimdə ölüm qorxusu olmayan bir caniyəm, məni yaşamağla
hədələmək düzgün sayılmaz. Qulaqcıqlar dərdimi anlar, mahnılarsa
bildirər şeirlərlə. Üzlərdə xoşbəxtlik axtarmaq, pulsuz salfet paylamaq
kimi bir şeydi. Boş verin, o mahnılar, oda siz. - Ruhlarla dolaşır dəniz...



Süleyman Əliyevскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!