Mənə biraz sən olmusan sevdiyim..

Mənə biraz sən olmusan sevdiyim..
Sevgi Dünyası
10.09.2017 25
Sevirdim, eyni zamanda günlər keçdikcə də gəlməyəcəyindən daha bir əmin
olurdum. Bəlkə gələrsən, oxuyarsan olmadığın günlərdə sənə ithaf
olunanları deyə düşünüb yazırdım. Sonra nəmi oldu?Yenə ağzım içkilərdən
zəhər acısı olmuş bir gecənin sabahı oyandım. O sabah nə oldu tam olaraq
xatırlamıram. Bir anda anladım gəlməyəcəyini. Bu sabah yəni. Bunu
anlamaq izahı mümkün olmayan düstur kimi bir şey idi. Çox çətin idi,
ancaq nəticədə anlamışdım. Gəlməyəcək dedim bu sabah özümə. Yüz faiz
gəlməyəcək. "Nə iç, nə də ona ithaf bir sətir yaz" dedim özümə. Sənə
dəyərdi qızım, amma gəlməyəcək birinə dəyməzdi. Bu sabah özümə dedim ki;
gəlib-gəlməməyi cəhənnəm, oxumağı-yazmağı bilməyən birinə niyə bu qədər
yazasan ki, deyilmi? Ağıl var, məntiq var. Dəyərdimi bu qədər zəhmətə?
Dəyərdimi bu qədər yuxusuz gecələrə? Əvvəl səni, sonra özümü məzəmmət
etdim bu sabah. Amma, bəzən də düşünürəm sənlik heçnə yoxdu. Yəni bu
saatda oyaq qalmağıma səbəb heç də sən deyilsən. Rejimim pozulub mənim.
Məsələn siqaret rejimim pozulub. Qiymətlər belə təsir etməyib bu aralar
çəkdiklərimə. Əvvəl bir çəkirdimsə, indi üç çəkirəm. Yuxumun gəlməsinə
rəğmən yata bilmirəm. Məsələ sən deyilsən. Uzanıram. Oyana dönürəm, bu
yana dönürəm, əlimi yastığın altına salıb, ən sevdiyim moda keçirəm,
olmur  Başqa
bir şeylər olub mənə. Özümüm belə anlamağa çətinlik çəkdiyim bir
şeylər. Nə olub mənə tam olaraq bilmirəm, ancaq işarələr səni göstərir.
Mənə biraz sən olmusan  sevdiyim..



Azad Novruzovскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!