Nə tez unutduq?...

Nə tez unutduq?...
Sevgi Dünyası
10.09.2017 4
Nə tez unutduq deyirəm əllərinin əlimin
içində tərlədiyi o günləri. Çox bərk sıxardım mən. Yandan biri çıxıb
alacaqlarmı əlindən nə bu təlaşın desə; "almayacaqlar, ala da bilməzlər,
amma mən yenə də ehtiyyatımı tutum" deyərdim. Bilmirəm, bəlkə də heçnə
deyə bilməyib, pəltəkləyərdim.

Nə tez unutduq deyirəm
gəzdiyimiz o küçələri. Səmtimizin düz üstü. Rahat və kimsələrin olmadığı
bir yer. Gəz o başa, gəz bu başa. İçdiyim ən gözəl şərabların
qramlarına and olsun. Nə vaxtsa yenə kiminləsə
küçə-bayırda gəzə biləcəyimə əmin olsam, nə olar nə olmaz o tərəflərdə
gəzmərəm. Çünki, tövbə evə gedib gələ bilmirəm. Baxıram, az bir şey
yaşamışıq, ancaq elə deyil. Sanki birlikdə bir ömür yaşamışıq kimi hər
şey keçir gözümün önündən.


tez unutduq deyirəm "sənsiz yaşaya bilmərəm" dediyimizi. Adamıq, bəlkə
sözümüzün üstündə durmuşuq, zəng edib bir yoxlasan deyirəm heç olmasa.
Kimə deyirsən. Nə bir zəng var, nə də bir sms.

Nə tez unutduq
deyirəm bizi. Biz ki, bir-birimizə ən çox yaraşan. Ayaqla gəzdiyimiz
küçələrdə bahalı maşınlara həsədlə baxmayan, elit restoranların önündən
keçərkən ikimizə aldığımız bir bulkunu göyərçin kimi dimdikləyən, biz ki
hər kəsdən çox bizi sevən. Nə tez unutduq?...



(c) Azad Novruzovскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!