Qadınları sevin ki,..

Qadınları sevin ki,..
Sevgi Dünyası
10.09.2017 15
Qadınları
sevin. Üstündən yemək qoxusu gələnləri, makiyaj üçün zamanı olmayanları
deyirəm, sevin. Bazarlığını edib, əziyyətini çəkib, yemək bişirən,
sonra sənin bir kəlimə "çox dadlı düşüb" sözünə əriyən qadınlardan
danışıram, onları sevin. Sən yemisənmi ana soruşsan, "məni iyi tutdu"
deyən qadınları deyirəm, sevin. Bir sorğu aparılmış. "Uşaq doğularkən,
öləcəyinizi bilsəniz o uşağı yenə dünyaya gətirərsinizmi?" Kişilər; yox
qadınım yaşasın, qadınlarsa uşağım yaşasın demiş, qadınları
sevin. Daha övladı dünyaya yenicə göz açmışkən ona gətirilən hər
hədiyyəyə "bunu qızıma cehiz qoşaram" deyən qadınları deyirəm, sevin.
Kişilərin iş rejimi dəyişməz. 9 da başlayar, 7 civarında bitər. Nə
gecəsi, nə də gündüzü olar qadınların. Bunun baxçası var, bunun məktəbi
var, bunun təmiz əyni-başı var, bunun valideynlər iclasında insan üzünə
çıxması var, qadınları sevin. Kişilər qürur küpüdürlər biruzə verməzlər.
Bunun neçə il öz evində əzab-əziyyətlə böyütdükdən sonra, başqa bir evə
gözü yaşlı gəlin yola salmağı var, qadınları sevin. Evindən buraxmaqla
bitdimi? O evə az qala gündə iki dəfə zəng edib qızım nəyin var, nəyin
yox deməsi var. Filanca şeyim əksik deyərmi qızlar? Həyatı boyu. "Burda
hər şey çox yaxşıdı ana." Çox nadir dilə gətirərlər qadınlar hansısa bir
çatışmamazlıqlarını, qadınları sevin. Elə bir sevin ki, onlar ana
qucağını sizə dəyişdiklərinə peşman olmasınlar. Qadınları sevin,
sevməsəniz də özünüz bilərsiniz. Onlar yenə də sizi sevəcəklər.



(c) Azad Novruzovскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!