Fəhlələrin iş görməkdən soyuyan çaylarının dadı gəlirdi günlərdən

Fəhlələrin iş görməkdən soyuyan çaylarının dadı gəlirdi günlərdən
Sevgi Dünyası
10.09.2017 15
Fəhlələrin iş görməkdən soyuyan çaylarının dadı gəlirdi günlərdən.

Ölmüş uşaqların yiyəsiz oyuncaqları,

Qocaların yaşamaq həvəsi,

Yanmayan alışqana olan hiddət,

Əldən yerə çırpılan fincan kimi idi günlər.

Yağışdan islanmış küçə iti kimi sığınmışdım sənə.

Siqareti sənin dodaqlarından çəkdiyim,

Qutularını daha bərk əzib atdığım günlərdən idi.

Şəkildə təsadüfi düşən adam idim o gün,

Yağışlı gün idi, yadıma gəlir.

Elə soyuq idi ki, ürəyimsə əllərimdən soyuq.

Arsız-arsız qoxunu da qoyub getmişdin.

Sonra mən başqalarıyla aldatdım səni sərxoşkən.

Metro qatarının şüşəsindəki izlər qədər naməlum adamla.

İndi olmayan evimizdən

Bir qoxu,

Bir şarj,

Bir diş fırçası,

Bir cüt də ayaqqabı əksik qalacaq.

Bir siqaret tüstüsü qapını çırpıb gedəcək saymazyana..скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!