Mən hələ ki susuram

Mən hələ ki susuram
Sevgi Dünyası
10.09.2017 6
öncə gediş xəbəri gəlir,

bir müddət sonra isə yaşadığı dünyadan sıxıldığın eşidirsən.

uşaqlığınla bağlantılı olan bir insan daha itirirsən,

vidalaşmaq üçün bir faktor daha çoxalır,

o,

əvəzolunmaz illərlə.

sonra,

baxırsan ki, əslində elə də əvəzolunmaz keçmiyib illərin.

özünə bu cür təsəlli verirsən.

heç kəsin yoxluğuyla sarsılmamağı aşılamısan artıq özünə,

ən doğmam dediyinin tərk edişiylə.

səndən daha dəyərli heçkəsin olmadığını təkrarladıqca özlüyündə,

vurulmuş olursan ən olmaz birinə.

qəbul etməkdən qaçdıqca,

tutulursan biraz daha,

və biraz daha...

sonrası?

danışmağı bacaranlardan soruş.

mən hələ ki susuram.

(c)скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!