İlahi, məni bütün bədənlərdə unutdur

İlahi, məni bütün bədənlərdə unutdur
Sevgi Dünyası
10.09.2017 5
gün gəlir

bədənindəki ağrıların

xatirələrə çevrildiyinə inanırsan

məsələn, yaxşı bilirsən

Ki,

nevrozun sayrışan halları

kimin gedişidi

kimin gəlməyişidi

kimin keçmişidi...

xatırlandıqca

daha çox inanırsan ağrılarına

(xatırlandıqca sənin ağrıların da oyanar)

daha çox ağlayırsan keçmişinə

daha çox inanmırsan gələcəyinə...

bir də

daha çox hamılaşırsan

daha çox heçkimləşirsən

daha çox yadlaşırlar dost-doğma adamlar...

Və allaha bir ömürlük bu duanı pıçıldayırsan:

İlahi, məni bütün bədənlərdə unutdur...

(c)скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!