Tərk edilən kəs

Tərk edilən kəs
Sevgi Dünyası
10.09.2017 11
Mənim yazacağımı məndn başqa birdə Allah bilir.Mənim soyuğda əlimlə qucaqladığım, lay-lay dediyim hisslərin necə məsum görünməsini bir mən
birdə Allah bilir.Mən hələ valdeyinləri olmuyan uşaqların varlı
olduğunu görməmişəm.Mən hələ yaşamaq üçün Allaha yalvaran insanların
birdə geri qayıtdığını görməmişəm.Məni bağışla Allah, bunları
artıq ikimiz yox paylaşdıqca minlərlə kamilli insan oxuyub dərk edəcək,
milyonlarla əfəl bu yazıya güləcək... Mən uşaq evinə atılan
insanam.Görməmişəm bayramlar, görməmişəm uçan şarlar.Mən böyüdükçə
bayramları sevən biriyəm.Çünki uşağlığımı uşaqlıqda yaşaya bilmədiyim
üçün böyüdükçə davam elətdirirəm. Mən yeni ilimi köhnə fikirlərlə keçirə
bilmirəm.Mən yaşamamışam illər boyu.Mənim valdeyinlərim olmuyub, mənim
olub bircə kuklam və yalvardığım biriləri... Sizin atanız prableminizi
həll edəndə mənim müəlliməm üstümü örtərək fikir eləmə yat deyirdi.Mənim
yaşım 18-ə çatana kimi 64- u keçdiyimi sanırdım.Mən ölmək istəyirəm
deyəndə, mən mənə sual verirdim: Yaşayıram ki?.... Mən dünyaya gələndə isti ocaq yox soyuq qapı görmüşdüm..Soyuq gecə.Bilmirdim hansı fəsil idi amma onu bilirdim ki, göydən bəyaz pambıqlar tökülürdü. Mən günlərlə yatmırdım uşaqlıqda. Bir gün gecə məni anam qəfil oyadıb qaçıracaq deyə, içimdə gözəl hisslər yaşayırdı.Amma sonra hiss etdim ki, gecələr yanıma soyuq küləkdən başqa heçnə gəlmir. Əslində o vaxt atılan mən deyildim, mənim uşağlığım idi. İndiki mən atılsaydım vecimə belə olmazdı. İndi hisslərim vecsizdir. O vaxt olanlara sevgiylə yanaşıb uşaqlıq hisslərim ilə hər şeyə qalib gəlirdim.İllər böyüdükçə mən kiçilirdim zamanın içərisində. Yaşım artdıqca, dünyaları bataqlıqlara dəyişən insanlar gördüm və ondan sonra anladım ki, iki cür tərk edilən olur həaytda. Bir uşaqlıqdan atılan birdə böyüdükdən sonra tərk edilən insan. Amma fərq ondadır ki, uşaqlıqda səni valdeyinlərin tərk edir, böyüdükdə isə hisslərin. Mənim yaşım çox böyükdür. Mənə kömək lazımdır maddi yox, kağız dənələrini özünüzə saxlayın.... Çox maraqlıdır görəsən valdeyinsiz insan cənnətə necə qəbul ola bilər?! Valdeyinlər olmasa cənnətin necə gözəl olduğunu hardan bilə-bilər insan?! Və məni başqalarından ayıran son cümlə: - Mənim digər uşaqlardan fərqim o olub ki, onlar bağçada "Mən Anamı istəyirəm" deyərdi, mən isə atılmışlar evində ...



- Süleyman Əliyevскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!