Bəlkədə yalnız o günlərdə yaşamaq olurmuş

Bəlkədə yalnız o günlərdə yaşamaq olurmuş
Sevgi Dünyası
10.09.2017 4
- Bu gün hava üzücü və kədərli görünür. Bəyənməz oldular, göydəkilər də istəmədi keçirək bu şənlikləri. Evlərdə, yaşıl otların çöhrəsində, nemətlər və ailə üzvləri. Kədərli və yalnız parklar, yağışla islanası oldular. İnsanlarda gülüş, ciblərdə kağız,
dünyada da adamlar azaldı.Hər kəsin ayrı dərdi, sevgi istəyi, kədər
fəlsəfəsi və bir az yağış səsi. Bayram adı ilə evdən çıxıb, səssiz
yerlərdə dolaşanlar gözəl görsənir indi. Ocaqlar belə yanmağa ərinir.
Ötən bayramlar yaddaşımda necə iz qoyubsa, bu gün belə abu-hava görüb,
sanki yaxın birini itirmişəm kimi kədərli görsənirəm. İllər kimsələşir,
insanlar təmizlənir, həqiqətlər eyniləşir. Qulaqda qulaqcıq, köhnələrdən
bir ifa.

-
Vaxt keçdikcə, bizi yaşadan parkları unudub, hər kəsin olduğu yerlərə
üz tutmaq və müasir görsənmək ümid ilə, nələrsə.... kimlər
olduğumuz önəmli deyil daha, indi qurup şəklində kimlərəsə çevrilmək,
nələrəsə dözmək, məcbur öyrəşmək və il axır....

-
Qarşıdan yaz gəlir, xoş günlərin qoxusu, sadəcə xatırlada bilir,
yenidən yaşamaq xüsusiyyətini itirib. Bəlkədə yalnız o günlərdə yaşamaq
olurmuş. Nə bilim bəlkədə...



- Süleyman Əliyevскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!