Çox istədim yaşadıqlarım bir yuxu olsun deyə

Çox istədim yaşadıqlarım bir yuxu olsun deyə
Sevgi Dünyası
10.09.2017 18
Sevincim,
aldığım nəfəs, gülüşüm, Sevinc göz yaşım, yaşadığım həyatım, Sevgi dolu
dünyam. Ümid etdim, sevindim səninlə yaşayacağım həyata. Düşündüm, sona
kimi səninlə olacaq, sən qalacaqsan yanımda,Sən tutacaqsan əlimdən
deyə. Əmin oldum, hər şeyi səninlə yaşamaq istədiyimə,Səninlə
sonumun olmasını arzuladığıma. Səninlə yaşadığım hər anım, səninlə
keçən hər saniyəmindi yaşanmış kimi xatirələrimdə təzədir.Qəlbim
qəlbində tapmışdı dincliyi, xoşbəxtliyi, sevincim üçün gərəkli olan
hərşeyi. Heç düşünməmişdim ayrılığı, sevincimin sonu tapacağını.Son
sözlərin, sanki məndən nifrət edərmiş kimi ayrılmağın.Söylədiyin sözlər yandırdı məni, kül etdi sinəmdə qəlbimi.



Çox
istədim yaşadıqlarım bir yuxu olsun deyə. Gözümü açıb xoşbəxt həyatıma
gülümsəyim deyə ümid etdim. Gerçək olmasın deyə yalvardım Tanrıya. Bax,
heç bir zaman itirmərəm səni, itirmək istəmirəm, itirsəm nə olaram
bilmirəm deyirdin. Amma indi sən, məndən uzaqda yaşayırsan öz
həyatını.Mənsə boş bir gələcəyə baxıram səssiz-səmirsiz...Sən bir
başqasının olacaqsan düşüncəsi hər gün,keçən hər saniyə yandırdı
qəlbimi, nəfəs almaq belə əzab oldu mənə... Dözməyə çalışdım. Amma
sadəcə hər gün səni düşünmək qaldı mənə. Həyatımı, canımı, hər şeyimi
verə biləcək qədər çox sevdim səni. Sevgilim! həyatda tək yaşama
səbəbimdin sən.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!