Lütfən anlayın məni

Lütfən anlayın məni
Sevgi Dünyası
10.09.2017 13
İçimdə Ölən biri var..

Lütfən mənə su verin! Yuyum bu sevgini, bu istəyi, bu ehtirası, bu duyğunu, bu hissləri.

Təmizləyimonu çirkablardan,paxıllardan,ara vuranlardan,inamsızlıqdan. 

Mənə su verin
yuyum bu əbədi dediyimiz, heç bir zaman bir daha var olmayacaq
dediyimiz bu sevgini, Yuyum onun sənin üçün ölərəm deyən kəlimələrini,
yuyum onun sən mənim MƏNIMSƏN dediyi sözlərini.

Mənə su verin pak edim onu! Tərtəmiz başlasın yeni dunyaya!

Lütfən mənə
ağ kəfən verin! Sarım onu bəyaz kəfənə. Qoruyum onu yeni sevgilərdən,
xəyanətlərdən,ayrılıqlardan,Yeni ağ səhifə başlatsın. Hər şey yeni
olduğu kimi. Yeni dünyaya gəldiyi kimi.

Olmasın üstündə bir ləkə, bir əl izi, bir iztirab izi.



Lütfən mənə torpaq verin! Basdırım onu əbədiyyətə... bir daha qalxmasın. Bir daha oyanmasın,canlanmasın…

Bir daha görməsin,duymasın,anlamasın, SEVMƏSIN…

Qalsın torpaqlar altında çürüsün, amma anlasın ki, var olub acı çəkməkdənsə yox olub çürüsün..

Mənə torpaq verin onu ən dərinə gömüm, kimsə onun qəbrini bir daha tapmasın deyə. 



Kimsə bir daha onu görməsin deyə…

Lütfən mənə
gül verin! Düzüm onun qəbri üstə... güllər qədər ömrü oldu onun. Bir
qönçə idi qanadları vardı.Bir gül idi o,ətir saçardı hər gün,hər gecə...
yox idi tikanları, rahat idi ona Toxunmaq.. amma vermədilər ona lazım
olan suyunu,bax o da gül kimi soldu getdi! Töküldü ləçəkləri,töküldü hər
bir hissəsi, sevgisi, istəyi…



Lütfən
mənə Molla verin! Çıxarsın gunahlarımızı! Gizlincə əl-ələ verib
öpüşməyimizi, qucaqlaşaraq ayın batmasını izləməyimizi... ehtiras dolu
baxışlarımızı... daim bir-birimizi arzu etməyimizi. Mənə molla verin…
dua etsin bağışlansın günahlarımız, bir-birimizdən başqa kimsəni
görməzdik, kimsəni tanımazdıq,.. o dünyanı xatırlamazdım. Sadəcə bizim
dünyamızın olduğunu bilirdik.

Mənə molla verin.Onun son duasını oxusun. Onu bir daha görməmək ümidi ilə əbədiyyətə göndərək…



Lütfən anlayın məni! 

Içimdə ölən biri var… Içimdə ölən hisslərim var mənim!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!