Adını sən de

Adını sən de
Sevgi Dünyası
10.09.2017 12
-
Bir keçmişim var, gəl görəsən. Yağışı, buludu, günəşi, gecəsi-gündüzü
tamam fərqli. O keçmişdə nə patriot quruplar, nədə yüksək
keyfiyyətsizlik vardı. Hər şeyi yerli yerində və səliqəli şəkildə davam
edən bir xatirə idi. Böyüdükdən sonra yersiz axtarışlar və düşüncələr
mövcudlaşmağa başladı.Keçmiş geri dönməsədə, əvvələ qaytaracaq mahnılar
qalır hələdə. Bir musiqidə dəlicəsinə qaçıb, səssiz baxışla bütün
pərdələri qoparmaq səmimiyyəti. Kimisi duyur, kimisi hiss, kimidə rəqs edir.

- Dörd-beş il bundan öncə, avtobuslar sıra ilə düzülərdi. Sərnişinlər
əyləşir, yağış pəncərələrdə qaçışır. Ayrılıqlar dünəndə qalır, bu günlər
böyüyür, gələcək körpələşir. Unutdun və azaldı deyə yaxşılaşdığını
sanıb, öyrəşirsən. Nəqarətin üstündən badələr qaldırılır.

- İçilərdəki balaca qadını sərxoş edib, məxsərəyə qoyurlar bəzən. Tək
qaldıqda isə, utanmadan, gülmədən, lağ etmədən dərdləşirlər onunla.İllər
bizə heçnəyi yaraşdırmadı, amma biz nə oldu geyindik əynimizə.İçləri
tozlanan insanlar, indi üst-başını təmizləyir.

- Hansı qadın gəlincikli, hansı kişi gizlənqaçlı illərə qayıtmaq istəməz?

- Söylə hə, kim qayıtmaz?!

- Fəsillərə uyğun qərarlaşan insanlarıq, çöhrəmizdə mərhəmət axtarmasın
müqəddəslər. Doğmalar rəsmiləşir, xatirələr birə-bir uzaqlaşır.
Xatırlamağa bir-iki küçə, otaq, mahnı və birdə o qalır...

- Ölümə bir addım yaxınlaşırsan, adını "doğum günü", uşaqlığından ( ən
gerçəkci günlərindən) uzaqlaşanda isə, böyümək qoyurlar. Nə deyim, göydə
biri var onsuz, o bilən məsləhətdir.

- Bütün ayrılıqlar bu şəhərdə bütövləşib sanki. Ayrılığın kimdən olduğu
deyil, hansı bədəndən çıxdığı önəmli.İncə toxunuş, sadə bir baxış, isti
səmimiyyət və sonda, arxaya baxmadan rədd olma bacarığı. Bu şəhərin hər
tərəfinə səpələnmiş lənətə gəlmiş tilsim.İcadım var, yəni bir eynəyim.
Üzlü insanların, saylarını üzlərində rəqəmlə bəlli edən texnologiya.
Barmaqlarım kəsilsin, bədahətim alovlansın, ruhum qarğışlansın! Bu nə yazıdır İlhai?! - Nələri kəsib götürdün bizlərdən, sol tərəfdə bi şeylər boş qalmış.

- Adını sən de...



- Süleyman Əliyevскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!