Sevgi üçün bir gün yoxsa hər gün?

Sevgi üçün bir gün yoxsa hər gün?
Sevgi Dünyası
10.09.2017 2
"Məhəbbət
nəşələndirici qəzadır: bilirsən ki, düz divarın üstünə gedirsən, yenə
də qaza basırsan. Öz ölümünün üstünə dodağında gülüşlə uçursan; maraqla
məhv olacağın anı gözləyirsən”. Bu bədbin sözləri qarşılıqsız
sevgidən əziyyət çəkən tanınmış bir yazıçı öz romanında yazmışdı. Sevgi,
doğrudan da, insanları bəzən xoşbəxt gələcəyə, bəzən isə məşəqqətli
günlərə aparır. Məhəbbətin iztirablarından qorxaraq kənara çəkilənlər
isə əsl sevginin olmadığını deyirlər. Bəlkə də, sevgini elə ən çox ona
ehtiyac duyanlar inkar edirlər.

Cəfalarına və
səfalarına baxmayaraq, insanı dünyada xoşbəxt edə bilən hiss, doğrudan
da, sevgidir. O, insanların həyatının hər sahəsinə sirayət edir. Hətta
insanlar bunun üçün xüsusi gün də düşünüblər -14 fevral Sevgililər Günü.

Məlum
olduğu kimi, Sevgililər Gününün tarixi Qədim Roma İmperiyasına gedib
çıxır. İmperator 2-ci Klaudius ordusunda döyüşəcək əsgər tapa
bilməməsinin səbəbini romalı kişilərin ailələrinə çox bağlı olmasında
görürdü. Buna görə də hakimi olduğu imperiyada evliliyi qadağan etmişdi.
Valentin adlı bir keşiş isə qadağalara baxmaraq, gəncləri gizlin
şəkildə evləndirirdi. Müqəddəs Valentin insanları evləndirməyə davam
etdiyi üçün həbs olundu və etdiklərinin cəzası olaraq çubuq ilə
döyülərək öldürüldü. 270-ci ilin 14 fevralında dəfn edildi. Bundan sonra
14 fevral Sevgililər Günü kimi qeyd edilməyə başladı və zamanla bütün
dünyaya yayıldı.

Sevgililər
Günü qərb sivilizasiyasının məhsulu olduğundan, bəzi İslam və şərq
ölkələrində bir qədər çətin qəbul edilir. Konservativ düşüncəli şəxslər
xristian cəmiyyətində mövcud olan bayramların şərq ölkələrinə ixracının
qəti əleyhinədirlər. İnsanlar qəlblərinin dərinliyində sevgilərinə həsr
edilmiş bir günün olmasını istəsələr də, aşkarda bunu büruzə etməkdən
qaçırlar

Mental və dini dəyərlər həmin duyğuları bəyan etməyə imkan vermir.

Azərbaycanda
da Sevgililər Gününün tərəfdarları və əleyhdarları az deyil. Bu günün
əleyhdarları da ənənəvi olaraq xristian bayramının müsəlman ölkəsində
qeyd edilməsinə qarşıdırlar. Bu günün tərəfdarı olanlar isə ümumbəşəri
dəyərlər prizmasından çıxış edərək "Sevgililər Gününün” tək
xristianların deyil, ümumilikdə insanlığın bayramı olduğunu deyirlər.
Çünki Müqəddəs Valentin insanların ailə qurmasına qarşı çıxan zalım
padşaha qarşı üsyana çıxmışdı. O padşah ki, bütün dinlərin insanlar
qarşısında şərt kimi qoyduğu evlənmək öhdəliyini qadağan edirdi.



Bəzi cavanlara
isə, sadəcə romantik gün keçirmək üçün bəhanə lazımdır deyə Sevgililər
Gününün gəlişinə sevinirlər."Sevgililər Gününün” dini və ideoloji tərəfi
ilə yanaşı, psixoloji problemləri də mövcuddur. Həmin gündə müxtəlif
səbəblər üzündən sevgilisinə, nişanlısına, həyat yoldaşına hədiyyə ala
bilməyən və yaxud bayramın mahiyyətini qəbul etməyən insanlar həm fərdi,
həm ictimai qınaqla qarşılaşırlar. Bu da onların əlavə stres və
depressiya yaşamalarına səbəb olur. Qlobal medianın kütləvi təbliğatının
təsiri altında düşənlər belə insanları xəsis və sevgisiz insan kimi
qiymətləndirirlər. Digər tərəfdən, sevgilisi və yaxud həyat yoldaşı
olmayan insanlar da bu günün başqaları tərəfindən təmtəraqla qeyd
olunduğunu gördükdə nisgilli bir gün yaşayırlar. Bu da onların psixologiyalarında əlavə problemlərin və komplekslərin yaranmasına səbəb olurскачать dle 11.3
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!