Sevgi dünyası

Sevgi dünyası
Sevgi Dünyası
10.09.2017 11
Kim
bilir…daha nələr dəyişdi… nə qədər bəlkələr olacaq daha həyatımda…
Dəyişməyən bir tək tənhalığım və əlçatmazlığın idi, ilk gündəki
əlçatmazlığın. O heç dəyişmədi. Yanımda olmayacağını bilə-bilə, bəlkə də
bilərəkdən özümü görməməzliyə vururdum. Səni bir başqa istəyirdim,
yanımda istəyirdim, varlığında özümü axtarırdım.

Hər şey çox dəyişdi sevgili dostum… Bəlkə də dəyişən sadəcə mən oldum.. 

Zamanı
geriyə döndərmək istəyi yaranır qəlbində: yaşadığını yenidən yaşamaq,
gördüklərini yenidən görmək, amma sanki lap əvvələ qayıtmaqçün insanda
illər keçdikcə güc və istək azalır elə bil. Öyrəndiyin hər şey dərs
olaraq qalmalıydı həyatında, həyatın özünü öyrənəcəkdin. Arzular
quracaqdın gerçəkləşməyəcəyini bilə-bilə… Həyatın acı oyunlarından uzaq
olub yox olmayacaqdın içində… Boğulmayacaqdın… amma hər şey yox oldu…
İtdi… Dəyişdi…



Səni
bir gün sevəcəyəm.Xəbərin belə olmayacaq…Yalnızlığımı şəkilinlə
paylaşacağam..Anlamayacaqsan… Gözlərinə şeirlər
tökəcəyəm…Oxumayacaqsan…Hər şey istədiyin kimi dostca qalacaq…Bir gün
yollar ayrılsa vədasız çıxacağam həyatından.Getdiyimi fərqinə
varmayacaqsan.Dedim ya xəbərin belə olmayacaq ağrılarının ortağı
xoşbəxtliyinin parçası olacağam təsirlənməyəcəksən…Bəlkə səndə
sevəcəksən o zaman mən olmayacağam yanında.Kədərlənəcəksən…скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!