Bu insan həyatınızın eşqidir

Bu insan həyatınızın eşqidir
Sevgi Dünyası
10.09.2017 10
Cinsiyyətindən və yaşından asılı olmayaraq yalnız şəxslərin demək olar ki, hamısı doğru insanı tapmağa can atırlar.

 

Kimisi
bu arzusuna çatır və həyatını bölüşəcək biri ilə qarşılaşır. Ancaq
insanın təbiəti elədir ki, o, daim ən yaxşısını axtarmağa həvəslidir.
İnsanlar əlindəkinin dəyərini ancaq onu itirdikdən sonra anlayırlar.
Evli və ya nişanlı olanlardan, hətta bütün gün əl-ələ dolaşan
cütlüklərdən xoşbəxt olub-olmadıqlarını soruşsanız, səmimi danışanlardan
aşağı-yuxarı eyni cavabı alacaqsınız: "Sanki nə isə əskikdir. Tək
deyiləm, ancaq özümü yalnız hiss edirəm”.

 

Bütün
bunlar sevgiyə, diqqətə olan ehtiyacınız üzündən yanlış insanla
birlikdə olduğunuza işarədir. Əgər aşağıdakı hissləri yaşamırsınızsa,
yanınızdakı insanın həyatınızın eşqi olmadığından əmin olun.

 

Bədəninizdəki qüsurlar...

Partnyorunuzun
yanında özünüz olmaqdan çəkinmir, qüsurlarınızı gizləməyə
çalışmırsınızsa, çox şanslısınız. Deməli, sizi hər halınızla bəyənən
birini tapmısınız. Bəzən vaxt azlığından özünüzə fikir verə bilməsəniz
belə, onun bundan narahat olmayacağına əminsiniz.

 

Sevən insan...

Bir
çox kişi evlilik mövzusu açılanda söhbəti bağlamağa can atır. Tərəf
müqabiliniz sizinlə bu mövzuda danışmaqdan çəkinmirsə, deməli, həqiqi
eşqi tapmısınız. Çünki sevən insan evlilikdən qorxmaz.

 

Onun qüsurları sizi narahat etmir

Yemək
yeyərkən ağzını şappıldatması və ya sizin zövqünüzə uyğun olmayan
kitablar oxuyub, musiqilər dinləməsi problem deyil. Siz onu olduğu kimi
qəbul etmisiniz. Yanında xoşbəxtsiniz və kiçik qüsurlara görə onunla
münasibəti pozmaq fikrində deyilsiniz.

 

Ən yaxın dostunuzdur

Günün
hər saniyəsini onunla keçirsəniz belə ürəyiniz sıxılmır. Daim söhbət
etməyə mövzu tapır və əylənirsiniz. Problemlərinizi çəkinmədən onunla
bölüşə bilirsiniz. Sizinlə alış-veriş edərkən deyinmir. Yanınızda olmaq
onu xoşbəxt edir.

 

Onun xoşbəxtliyi hər şeydən önəmlidir

Gerçək sevgidə eqo və qürur olmur. Özünüzdən çox onu düşünür, onun xoşbəxtliyini arzulayırsınız.

 

Bir gülüşü hər problemi həll edir

İstər
səhhətinizlə, istər işinizlə bağlı problemlər olsun, partnyorunuz
sayəsində bütün dərdlərinizi unudursunuz? Onun yanınızda olması, sizi
güldürməyə çalışması hər şeyi unutdurur?

 

Elə isə doğru insanı tapdığınızdan şübhəniz olmasın!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!