Ümid

Ümid
Sevgi Dünyası
10.09.2017 50
Günahkar
bir adamı mühafiz mələklər önündən və arxasından meydana çəkib, onu
cəza yerinə sürükləyirdilər. O şəxs onu tutub sürükləyənlərə fikir
vermədən göz yaşlarını payız yağışı kimi tökərək üzünü geriyə çevirdi.
Sanki nəyəsə ümid edirdi. Birdən Allahdan mələklərə əmr gəldi:

— Ona deyin ki: " Ey fəzilətsiz insan! Qəbahətlərindən qara dəftərini görmədinmi? Daha nəyi gözləyirsən? Boş yerə dayanma! ".
O şəxs bu xəbərdarlığa belə cavab verdi: 


Ey Rəbbim! Bilirsən ki, buyurduğundan yüz, minqat pisəm. Lakin indi
yaxşı və pis işlərimi, iman və küfrümü bir yana qoydum. Mən bütün
günahlarıma baxmayaraq lütf və mərhəmətinə böyük bir ümid bağladım. Öz
əməllərimə deyil, mərhəmətinə sığınıram. Mənə şərəf libası olaraq varlıq
verdin. Buna görə də Sənə güvənirəm.

Bir bəndə beləcə həddini bilib, günahlarını etiraf edincə, ilahi məğfirət dadına yetişdi. Rəhman və Rəhim olan buyurdu ki:


Ey mələklər! Onu mənim hüzuruma gətirin: çünki onun qəlb gözü ümid və
niyazdadır. Mən də onun günahlarını əfv edib, onu buraxım. Xətalarını
silim. Lütfümdən xoş bir atəş yanadırım və bu atəşin ən kiçik qığılcımı
günahı da, qüsuru da.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!