Gücün, ağlın və gözəlliyin olunca, bircə bəxtin olsa yaxşıdır

Gücün, ağlın və gözəlliyin olunca, bircə bəxtin olsa yaxşıdır
Sevgi Dünyası
10.09.2017 17
Bir
gün dörd əliboş insan rastlaşıb dostlaşırlar. Fəhlə, tacir, şahzadə və
keçmişi naməlum biri. Bu dördlük şəhərdən bir az kənarda, meşənin içində
bir koma tapıb, orda məskunlaşırlar və qərara alırlar ki, növbə ilə
özlərini dolandırsınlar.
Ilk növbə
əvvəli fəhləlik olmuş əmək adamına düşür. O meşədən odun qırıb, şəhərdə
satmağa başlayır və qazandığı pulla dostlarını bir gün dolandıra bilir. 
Qapının üstünə isə belə bir söz yazır;
"Bir insanın bir günlük əməyi dörd insanın bir günlük yeməyinə bərabərdi”
İkinci gün
tacir olmuş şəxsə növbə çatır. O dərhal bazara qaçır, hər şeyin qiyməti
ilə maraqlanır, kənardan hansı malın daha çox satıldığını izləyir. Sonra
isə malların şəhərə daxil olduğu məkana gəlir, ucuz qiymətə mal
danışır, bazara gətirib lazımi qiymətə satır, qazanır. Tacir dostlarını
bir həftə dolandıra bilir və qapının üstünə belə bir söz yazır;
"Ağıl gücə üstün gəldi.”
Sonra növbə
şahzadə keçmişli gəncə düşür. Əziyyət görməmiş, işləməmiş bu şahzadə
şəhərin gəzməli, görməli yerlərini gəzməyə başlayır. Bu vaxt şahın qızı
da şəhəri kənizlərilə birgə gəzməyə çıxıbmış və gözü gözəl qamətli bu
cavana sataşır. Onunla görüşmək istəyən qız kənizlərindən birini
yollayır və gənci yanına gətirir. Şahzadə oğlan şahın qızı ilə bir gecə
keçirir, vidalaşanda isə qiz ona min bir qızıl verir. Bu var dövlətlə
komaya qayıdan şahzadə dostlarını bir xeyli dolandırır və qapıya yazır-
"Gözəllik- min bir qızıla bərabərdi.”
Nəhayət
növbə keçmişi qaranlıq olan 4-cü dosta çatır. Komadan çıxır və nə
edəcəyini, çoxdandı onu yedizdirən, saxlayan dostlarının yanına necə
gedəcəyinin fikrini edir. Nə əmək qabiliyyəti, nə ticarət bacarığı, nə
də bir gözəlliyi olmayan bu insan gününü meşənin qırağında bir daşın
üstündə oturmaqla keçirir. Birdən bu fikir içində batmış insanın çiyninə
bir quş qonur. Sən demə şah rəhmətə gedibmiş. Oğlu olmadığı üçün,
növbəti şahı quş uçurmaqla seçmək qərarına gəlirlər.
Quşun bu
qəribə insanı seçdiyini görüb yenidən uçurdurlar, bir neçə dəfə
sınanmasına baxmayaraq quş yenə məhz həmin oglanın çiyninə qonur. Beləcə
biəlac qalıb bu naməlum insanı şah təyin edirlər və onu əhali ilə tanış
etmək üçün ağ fil üstündə şəhəri gəzməyə çıxardırlar.
Gəzə-gəzə gəlib komaya çatır, dostlarını komadan saraya köçürdür və qapıya belə bir söz yazır-
"Gücün, ağlın və gözəlliyin olunca, bircə bəxtin olsa yaxşıdır!”.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!