Qabların bəhsi

Qabların bəhsi
Sevgi Dünyası
10.09.2017 39
Alimin
otağında olan qablar bir gün yarış keçirdi.Yarışın şərtləri belə
idi.Hər qab bu otağa necə düşməsini söyləməli, bununla da hansı qabın
daha səmərəli olacağı müəyyən edilməli idi. Əvvəlcə üstünə qızılgül
şəkli həkk edilmiş büllur qab başını tərpətdi: 



-Mən
hörmətli bir nazirin qonaq otağında gözəgəlimli yerlərdən birini
tuturdum.Alimin ad günündə nazir dostu olduğu üçün məni ona bağışladı. 

Sadə,
yaraşıqsız olan beş stəkan bu qaba həsəd apararaq xeyli dinməz
dayandı.Yaraşıqlı bir çaydan xüsusi əda ilə nazlanaraq dedi: 

-Məni
məşhur bir bəstəkar Almaniyadan alıb gətirmişdi.Alim onu o qədər dilə
tutdu ki, axırda bəstəkar məni baha qiymətə alimə satdı. 

"Boylu-buxunlu” büllur vaz vəcdə gəldi: 



-Sahibim məni Fransa paytaxtının ən böyük mağazasından alıb gətirmişdir. 

Gözqamaşdırıcı güldan daha da parıldayıb dil-dil ötdü: 

-Mən dənizdən çıxarılan mirvari parçasından hazırlanmışam.Alimin Türkiyədəki xalası məni ona hədiyyə göndərib. 



Beləliklə,
bütün parıltılı qablar üzlərini öyüb lovğalandılar.Yalnız beş sadə
stəkan yarışın əvvəlindən axırına kimi susub bir kəlmə də olsun
demədi.Utandıqlarından başlarını aşağı dikmişdilər.Bilirsinizmi niyə?Ona
görə ki, alimin kasıb pulu ilə alınmışdılar. 

Mübahisə
iki gün davam etdi.Çünki parıltılı qablar kimin daha hörmətli olmasını
müəyyən edə bilmədilər.Hamısı da baş mükafata layiq görülməyə can
atırdı. 

Bəs
mübahisənin axırı nı ilə qurtardı?Qablar qızışdıqlarından bir-birinin
üstlərinə atıldılar.Axırda hamısı çilik-çilik olub otağın döşəməsinə
səpildi.Alim təəssüf etsə də, onları zibil qutusuna atmağa məcbur
oldu.Otağın ən gözəgəlimli yerini isə beş sadə, yaraşıqsız stəkan
tutdu.Çünki onlar halal mallar idi. 



Əli Cəfəroğlu (Əliyev),скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!