ÜZÜLÜRƏM ƏLDƏ OLMAYANLARA...

ÜZÜLÜRƏM ƏLDƏ OLMAYANLARA...
Sevgi Dünyası
10.09.2017 9
 
Bəzən üzülürəm, rəsm çəkə bilmirəm deyə, yoxsa öz arzularımı çəkərdim məmnuniyyətlə.



Bəzən üzülürəm, oxuya bilmirəm deyə, yoxsa öz sevgimdən oxuyardım hər gün sənə.



Bəzən üzülürəm, şerlər yaza bilmirəm deyə, günəşin batışının gözəlliyini vəsf edərdim saniyələrlə.



Bəzən üzülürəm, musiqi yarada bilmirəm deyə, günlərimi musiqilərlə çatdırardım dunyaya.



Bəzən üzülürəm, uça bilmirəm deyə, tutardım əllərindən, baxardıq buludlardan qaranlıq şəhərə.



Bəzən üzülürəm, dünya dillərini bilmirəm deyə, sənə olan sevgimi hər gün etiraf edərdim ayrı dildə


Bəzən üzülürəm, fikirləri oxuya bilmirəm deyə, yoxsa qabaqcadan bilərdim hər istəyini.



Bəzən üzülürəm, parfumer deyiləm deyə, hədiyyə edərdim öz ruhumdan olan ətiri sənə.



Bəzən üzülürəm, küləyi idarə edə bilmirəm deyə, çatdırardım onda düzgün sahilə gəmimizi səninlə.



Bəzən üzülürəm, göydəki ulduz deyiləm deyə, işıqlandırardım sənin ən qaranlıq gecələrini.



Bəzən üzülürəm, zamanı idarə edə bilmirəm deyə, durdurardım zamanı birlikdə

olduğumuz günlərdə.



Amma, bütün bunlara baxmayaraq, sevinirəm ki, mən elə mənəm, əks halda sən mənim olmazdın.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!