Təsadüf

Təsadüf
Sevgi Dünyası
10.09.2017 65
Əslində onların taleləri, alın yazıları, ən önəmlisi isə Allah birləşdirdi...
Buralardan çox uzaqda bir qız vardı. Hələ sevgini dadmamışdı o.
Qızın 21 yaşı vardı. Onun atası və anası 31 il öncə çox sevsələrdə
çətinliklə evlənə bilmişdilər. Çünki anası çox varlı, atası çox kasıb
idi. Amma qovuşmuşdular. Bu qızla eyni şəhərdə bir oğlan yaşayırdı. Orta
təbəqə insan idi. Amma ürəyi çox təmiz idi. Anası,bacıları ilə birgə
yaşayırdılar. Qız bir gün gəzintiyə çıxmışdı. Bu zaman oğlan işlədiyi
şirkətdən evə gedərkən rastlaşdılar. Özləri bilmədən yaxınlaşdılar
bir-birlərinə. Hər ikisi eyni anda danışmaq istədilər. Amma nə
deyəcəklərini unutdular. Beləcə bu tanışlıqdan aylar keçdi. Əvvəl dost
kimi davransalarda, sonra sevgilərini etiraf etmişdilər. Onlar beləcə
davam edərkən oğlan qızı restorana dəvət etdi. Sadə və gözəl olan bu
məkanda oğlan qızı gözləyirdi. Qız yaxınlaşıb stulu çəkib oturdu. Oğlan o
qədər fikirli idi ki, gözü onda olan qızı, gözlərini pəncərədən çəkib
görmüşdü. Oğlan bir iki saniyə gözlədikdən sonra başladı danışmağa:
İndi səni niyə buraya çağırdığımı düşünürsən. Heç nə demədən,
sözümü kəsmədən dinlə. Mən səni tanıdığımda sən mənə çox yaxşı
yaşadığını, ailənin səni kraliçalar kimi böyütdüyünü deyirdin. Biz
əvvəllər varlı olmuşuq. Anamdan soruşurdum ki, ana biz varlı olanda bizi
çox adam arayıb-axtarırdı? Anamın cavabı belə oldu:
Hə oğlum biz varlı olanda bizi çox adam axtarıb tapırdı.
Biz kasıb olduqdan sonra mən 9 il işləyib bacıma ayaq qabı
almışdım. Heç unutmuram, bacım şokolad istədiyi üçün dükandan şokolad
oğurlamışdım. Satıcı mənə elə şillə vurmuşdu ki, o şillə mənim ilk və
son şilləm oldu. Mən o kasıb günlərimdə Allahıma dua etdim ki, mən daha
varlı olmayım. İndi kasıb və xoşbəxt ailəm var.  Əgər istəsəm ayın hər
günü işləyib sənə maşın ala birəm. Amma mən ayın 2 həftəsi işləyib
qazancımı Afrikadakı kasıb, ac insanlara yollayıram. Sən mənimlə kasıb
həyat yaşamaq istərdinmi?
Qız cavab verdi:
Mənim anamın ailəsi çox varlı, atamın ailəsi isə çox kasıb
olmuşlar. Amma onlar hər çətinliyə dözərək evlənmişdilər və artıq 31
ildir ki, evlidilər. Mən kasıb və varlı həyatının necə olduğunu bilirəm.
Son nəfəsimə kimi səninləyəm.
Oğlan qızın əlindən tutub ayağa qaldırdı. Alnından öpüb, birlikdə xoşbəxt olacaqları həyata başladılar.
 
P.s Müəllif özüməm.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!