Biraz xoşbəxtlik

Biraz xoşbəxtlik
Sevgi Dünyası
10.09.2017 14
Jerry ətrafındakıların çox sevdiyi insanlardan biri idi. Keyfi hər zaman
yerində idi. Hər vaxt söyləyəcək müsbət bir şey tapardı. Hətta bəzən
ətrafındakıları əsəbləşdirərdi belə. Bu adam, bu halda belə necə
optimist ola bilir? Biri necə olduğunu soruşsa; "Bomba kimiyəm" deyə
cavab verərdi həmişə .. "Bomba kimiyəm." Jerry bir təbii motivasyoncuydu
... Yanında çalışanlardan biri, o gün, pis bir günündeyse, Jerry yanına
qaçar, vəziyyətə necə müsbət baxılacağını izah edərdi. Bu tərzi pis
düşündürürdü məni ... Bir gün Jerry'yə getdim. Başadüşə  bilmirəm dedim
.. Necə olar da, hər zaman, hər şərtdə bu qədər müsbət bir insan ola
bilirsən ... Necə bacarırsan bunu? Hər səhər qalxdığımda öz özümə Jerry
bu gün iki seçimin var: Havan ya yaxşı olacaq, ya pis .. deyərəm.
Havamın yaxşı olmasını seçərəm. Səhv bir şey olduğunda yenə iki seçimim
var: Qurban olmaq, ya da dərs almaq. Mən başıma gələn pis şeylərdən dərs
almağı seçərəm. Biri mənə bir şeydən şikayətə gəldiyində, yenə iki
seçimim var .. Şikayətini qəbul etmək ya da ona həyatın müsbət yanlarını
göstərmək. Mən həyatın müsbət yanlarını seçərəm. Yox, deyə etiraz
etdim. Bu qədər asan yəni? Bəli .. Asan dedi Jerry .. Həyat seçkilərdən
ibarətdir. Hər vəziyyətdə bir seçki vardır. Sən hər vəziyyətdə necə
davranacağını seçərsən. Sən insanların sənin rəftarından necə
etkileneceklerini seçərsən. Sən havanın, rəftarının yaxşı ya da pis
olmasını seçərsən ... Yəni sən, həyatını necə yaşayacağını seçərsən! ..
Jerry'nin sözləri məni olduqca təsir etdi. Onu, uzun illər görmədim.
Amma, həyatımdakı talehsiz hadisələrə deyinmək yerinə, seçki etməyi
üstün etdiyimdə həmişə onu xatırladım. İllər sonra, Jerry'nin başına çox
talehsiz bir şey gəldi. Soyğun üçün gələn oğrular, çaxnaşmaya qapılıb,
Jerryi dəlik deşik etmişlər ... Əməliyyatı 18 saat davam etmiş,
həftələrcə reanimasiyada qalmış. Xəstəxanadan  getdiyində, güllələrin
bəziləri hələ vücudundaymış. Mən onu, hadisədən altı ay sonra gördüm.
Necəsən? deyə soruşduğumda, Bomba kimiyəm dedi Bomba kimi. Hadisə
əsnasında nələr hiss etdin Jerry dedim. Yerdə yatarkən, iki seçimim var
deyə düşündüm .. Ya yaşamağı seçəcəkdim, ya ölümü .. Mən yaşamağı
seçdim. Qorxmadın mı, şüurunu itirmədin mi! .. Ambülansla gələn
sağlamlıq vəzifəliləri möcüzə insanlar idi. Mənə həmişə sağalacaqsan
narahat etme dedilər. Amma təcili xidmətin koridorlarında sedyemi
sürətlə sürərlərkən, həkimlərin və tibb bacılarının yüzündəki ifadəni
görüncə ilk dəfə qorxdum. Bu gözlər mənə; Mənə adam ölmüş deyirdi. Bir
şeylər etməsəm, bir az sonra ölü bir adam olacaqdım həqiqətən .. Nə
etdin? deyə maraqla soruşdum .. Böyük bir tibb bacısı yanıma yaxınlaşdı
və qışqıraraq hər hansı bir şeyə alerjim olub olmadığını soruşdu .. Bəli
deyə cavab verdim .. Var .. Həkimlər və tibb bacıları maraqla susdular
.. Dərin bir nəfəs alaraq özümü yığışdırdım və qışqırdım: Mənim
güllələrə alerjim var ! .. Həkimlər və tibb bacıları gülməyə başladılar.
Təkrar qışqırdım .. Mən yaşamağı seçdim. Məni bir canlı kimi əməliyyat
edin. Yarılma edər kimi değil..Jerry, yalnız həkimlərin böyük
ustalıqları sayəsində deyil, öz müsbət rəftarının böyük qatqısı ilə
yaşadı. Yaşaması mənə yenə dərs oldu. Hər gün, həyatımızı dolu dolu
yaşamağı seçmə şansımız və haqqımız olduğunu ondan öyrəndim .. Və hər
şeyin öz seçimimize bağlı olduğunu ..скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!