Ağ qara

Ağ qara
Sevgi Dünyası
10.09.2017 9
Əsas
odur ki, başını yastığa qoyduğunda danışa biləcəyin iki kəlimən
düşüncəndəki iki anına dəysin..Amma az daha fərqli..daha səmimi..daha
isti..çünki heç kim yoxdu o yastığın nə içində nə çölündə...və
gözlər tavana dikiləndə, televizora bənzəyən o ekran canlananda orada
bir ssenari yazılıb o saniyə də filmi çəkilsin..



Baş
rolda sən,ən böyük qəhrəman sən..qısa metrajli yataq-tavan filmlərinin
məşhur aktyoru..məşhur rejissoru.Səmimi olmaq lazımdır,aktyorluqda
belə,xüsusən də o aktyor sənin həyatını canlandıran biridirsə.Bioqrafiya filmləri çox vaxt sıxıcıi olur,bilirem...amma rejissor sən,aktyor sən,ssenarist sən...

Və gözlərdəki o
incə pərrdələr yavaşca qapanır,işıqlar sönür səhnədə.. sonda
anlayırsanki bu bir teatrdır... Tanıdığın insan qədər oturacağı olan
tamaşa salonu və tək kadrda çəkilən bir tamaşa...Bəlkə də səhnə..скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!