Xoşbəxt olmağı öyrədən Karneqinin bədbəxt taleyi

Xoşbəxt olmağı öyrədən Karneqinin bədbəxt taleyi
Sevgi Dünyası
10.09.2017 5
Deyl
Karneqi 24 noyabr 1888-ci il Missurinin ştatında fermer Ceyms Uilyam
Karneqi və Amanda Elizabet Haribsonun ailəsində doğulub. Atasının
qazancı az idi — ailə bəzən çörək və suya keçinməyə məcbur olurdu.
Karneqi cütlüyünü sevindirən tək şey kiçik oğulları Deyl idi. Oğlan bir
yerdə qərar tuta bilməyən və ünsiyyətcil uşaq idi. O nəinki sinif
yoldaşlarıyla, hətta müəllimləri ilə də hər cür mövzuda müzakirə
aparmaqdan çəkinmirdi. Onlar da öz növbələrində Deyli böyük gələcəyin
gözlədiyinə inanırdılar.

Amma
məktəbi bitirən bu ünsiyyətcil oğlan uzun müddət cəmiyyətdə mövqe
qazana bilmir. Əvvəlcə kuryer işləyir, sonra aktyor olur və yalnız
bundan sonra natiqlik dərsləri vermək qərarına gəlir. Amma əvvəl kollec
bitirmək lazım idi.

Oğlanları
Uorrensberq pedaqoji kollecinə daxil olsun deyə valideynləri bütün
pullarını xərclədilər. Kolleclər o vaxtlar tələbələri yataqxana ilə
təmin etmirdi, hətta ən ucuz otaq tutmaq belə Karneqi ailəsi üçün böyük
pul idi. Buna görə Deyl fermada valideynlərilə yaşamağa məcbur olur. O,
hər gün xoruz banından əvvəl durur, pəyəni təmizləyir, bəzən səhər
yeməyi yeməyə vaxt tapmadan atla altı mil çaparaq dərsə getməli olurdu.

Bu
hələ dərdin yarısı idi. Kollecdə, əlbəttə, yoxsul tələbələr də
oxuyurdular, amma onların sayı heç on nəfər də deyildi. Bütün qalan
tələbələr təmin edilmiş ailələrdən çıxmışdılar. Onlar çox gözəl
binalarda özlərinə mənzil tutur, dəbdə olan paltarlar geyinib sinifdə
lovğalanırdılar. Deyl isə fermada da, evdə də, məktəbdə də eyni geyimdə
olurdu-böyük qardaşının köhnə paltarlarında-onun sadəcə geyiniləsi başqa
paltarı yox idi. Məlumdur ki, sinif yoldaşları kasıb, yaraşıqsız,
yöndəmsiz və özünə tamamilə inamsız olan, kompleksli Karneqini bəxtsiz
cavan hesab edirdilər. 

Amma,
istənilən kasıb insan kimi, o da «böyümək» və öz yaşıdlarını ötüb
keçmək istəyirdi. Və Deyl onu varlı uşaqlarından fərqləndirən yeganə
üstünlüyünü tapdı-natiqlik məharətini. Karneqi deyirdi ki, o təkcə
kollecdə öz nitqini məşq etdirmirmiş, fermada, evdə də buzovla, atla,
qoyunlarla danışırmış. İlk vaxtlar bunun bir faydası olmur. Kurs
yoldaşları yenə də ona gülür, zarafat edirdilər. Bir ara ruh
düşkünlüyünə uğrayan gənc Karneqi hətta həyatla vidalaşmaq haqda da
düşünür. Amma dərhal özünü ələ alaraq yenidən məşqlərə başlayır. Sonda,
ünsiyyətcil tələbə müzakirə dairələrinə qəbul olunur. Burada onun
istedadı üzə çıxır! Deyl o qədər məharətli çıxışlar edirdi ki, bir çox
tələbə Deyldən onların repetitoru olmağı xahiş edirdilər.

Tezliklə
Karneqinin təhsili başa çatdı. Həyatda öz yerini təyin etmək vaxtı
çatmışdı. Karneqi fermerlərə natiqlik dərsləri vermək qərarına gəlir. Bu
məqsədlə qəzetlərə elan yerləşdirir. Amma sağım, məhsul yığımı, alaq
işlərini atmaq istəyənlər tapılmır.

Deyl
yenidən depressiyaya düşdü. Hər şeyi atıb son puluna Omahu şəhərinə
(Nebraska ştatı) bileti aldı. Orda özünə otaq tutub bekon, sabun və sala
satışı üzrə agent vəzifəsində çalışmağa başladı. Burada gərgin işləsə
də macal tapıb insanlarla ünsiyyət qurmaq haqqında balaca bir kitab
yazır. Deyilənə görə o ev-ev gəzdiyi zaman insanlara təkcə bekon və sala
almağı deyil, öz kitabını da təklif edirmiş. Deyl Karneqinin kitabına
bir neçə ay ərzində yalnız bir alıcı tapıldı.

«Mən
öz işimə nifrət edirdim, ucuz mebelli, tarakanlarla dolu otaqda keçən
həyatıma nifrət edirdim. Ucuz, çirkli yeməkxanalarda qidalanırdım. Mən
çox bədbəxt idim» — Deyl Karneqi o illəri yada salarkən deyirdi. Bu vaxt
intihar haqqında da düşünürdü…

Amma
arzusu onu həyatda qalmağa vadar edirdi. Bekon, sabun və sala
satışından əhəmiyyətli dərəcədə məbləğ yığılanda-500 dollar-o, natiqlik
və səhnə bacarığı məktəbini açmaq qərarına gəlir. Bu zaman uğur onun
üzünə gülür. Böyük depressiya dövründə minlərlə insan onlara itirilmiş
kapitalnıı qaytarmağa kömək edəcək o qurunu gözləyirdi. Belə quru isə
Deyl Karneqi oldu. Onun qonorarları hər ay artırdı, Amerikanın hər
yerindən çıxış üçün dəvətlər gəlirdi.

1936-cı ildə Deyl Karneqinin ən
məşhur kitabı işıq üzü gördü: «Necə dost qazanmalı və insanlara təsir
göstərməli». Kitabın əsas şüarı belə idi: "Müvəffəqiyyət qazanacağına
inan və sən ona nail olacaqsan". Deyl Karneqinin bu kitabı dünya
bestsellerlərindən biri oldu.

Karneqi ABŞ-da meqaulduza
çevrildi. O, öz məsləhətlərini hamıyla və hər sahədə paylaşırdı;
biznesmenlərə — biznesdə, fermerlərə — kənd təsərrüfatında, qadın və
kişilərə — şəxsi münasibətlərdə. Karneqinin şəxsi həyatının
müvəffəqiyyətsiz olduğunu isə çox az adam bilirdi, onun birinci nikahı
boşanmayla bitmişdi, ikinci nikah da Deyla bədbəxtlik gətirmişdi. Amma
bu məlumatlar ictimaiyyət üçün deyildi, o xoşbəxt ailə başçısı rolu
oynayırdı.

Deyl Karneqinin həyatının sonu da
kədərlidir. Həkimlər ona Hockina xəstəliyi diaqnozu qoymuşdular.
Müalicə nəticə vermirdi. Karneqi yenidən intihar haqqında düşünməyə
başlamışdı… Beləliklə natiqlik sənətinin mahir bilicisi, pozitiv düşünmə
və özünüinkişaf mütəxəssisi 1 noyabr 1955-ci ildə həyatına son qoydu.

Aynur Alimuradbəyliскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!