Güvənməyin gücü

Güvənməyin gücü
Sevgi Dünyası
10.09.2017 7
"Ah bacı, əmin olmadan mənə niyə söylədin? Araşdırıb söyləsəydin, ya da heç söyləməsəydin olmazdımı? Nə olacaq indi? Bir heç üçün evim yıxılır. Ərim, ailəm əlimdən gedir.

Sənə inandım, ərimə inanmadım. Haqqım halal deyil sənə, bunu bil...

Əslində
qəbahət məndədir. İllərdir eyni yastığa baş qoyduğum, kədərimi,
sevincimi paylaşdığım can yoldaşıma inanmaq varkən sənə inandım.

Nədir,
ərim gənc bir qızla bir çay bağçasındaymış. Əgər məni, ya da yuvamı
düşünsəydin, oraya gedər, ərimlə danışıb vəziyyəti öyrənərdin. Ya da
araşdırar, qızın kim olduğunu öyrənərdin. Amma bunlar çətindir, sən
asanı seçdin və gəlib mənə "Ərin səni aldadır" dedin.

Kimdir
o qız, bilirsənmi? Ərimin xaricdə yaşayan bacısının qızı. 10 ildir
xaricdə olan bacısının. Mən də son dəfə ibtidai məktəbə gedərkən
görmüşdüm onu. Amma sən dərhal ərimin məni aldatdığını düşünə bildin. Və
gəlib mənə  öz əlavələrinlə bildirdi. Mən nə etdim? Olanları ərimdən soruşmadan yalnız ona təhqir dolu bir mesaj yazaraq çamadanımı götürüb arxama belə baxmadan anamgilin yanına getdim. 

Ah, mənim axmaq başım. Hər şeyə inanarlarmı? Xüsusilə də belə əhəmiyyətli bir mövzuda.

Heç
vaxt itirərəmmi? Boşanma iddiasını da dərhal açdım. Bu müddət ərzində
ərimin və ailəsinin görüşmə tələblərini rədd etdim. Telefonlarına cavab
vermədim. Ən sonda dözə bilməyib günlər sonra ərimin telefonunu açdım və
elə təhqir etdim ki, düşmən etməz. Düşün, mən o adamın arvadıyam. Sonra
ərim qapıya gəldi, qapıdan qovdum. İzah etməyə çalışdı, inanmadım. Ən
son bacısı qızı gəldi. İlk baxışda mən belə tanıya bilmədim, böyük gənc
qız olub, mən görəndə 10-11 yaşlarında idi. Gəldi əllərimi öpdü, bir
səhvi olmadığı halda üzr istədi.

O gedəndə içimdəki yanğını heç bir söz tərif edə bilməz... O qədər peşmanlıq hiss edirdim ki, dərhal ərimi axtardım.

Telefonda
o da ağladı, mən də. Dedi: ''Etdiyin təhqirlər, söylədiyin incidici
sözlər məni incitmədi, bilirsənmi? Məni incidən mənə etibar etməməyin və
inanmamağın oldu. İki ay oldu, uzun iki ay. Biz bir-birimizin ən yaxını
deyildikmi? Biz ər-arvad deyildikmi? Mənə deyil, el-aləmin sənə
dediklərinə inandın. Mən sənə hər şeyi açıqladım, yenə inanmadın, ta ki,
bacımın qızı gələnə qədər. Mənim deyil, bir başqasının izah etməsinə nə
gərək vardı? Mənim söylədiklərimdən başqa bir şey söylədimi sənə? Xeyr.
Demək, sən hər kəsə güvənib, inanırsan, mənə inanmırsan. Mütləqdir ki,
bəziləri məni təsdiqləsin. Bir evliliyin təməllərindən biri nədir -
etibar. Etibarsız bir evlilik necə davam etdirilə bilər?

Səni
çox sevirəm. Sənin məni sevdiyindən çox-çox sevirəm. Amma mənə etibar
etməyən bir insanla bu evliliyi davam etdirə bilməyəcəyəm. Düşün, sənin
etdiklərini mən sənə etsəydim, sən kədərlənməzdinmi, inciməzdinmi? Özünü
mənim yerimə qoy" dedi və dəstəyi qoydu.

O
gündən bəri o, mənimlə görüşmür. Bunları sənə niyə izah edirəm, bacı.
Halımı gör və belə mövzularda araşdırılmadan addım atılanda nəticənin nə
olduğunu bil. Gör məni, bir ailə heç nədən necə yıxılır? Bunları gör -
mənə etdiyini başqasına etmə. Soruşub dəqiqləşdirmədən addım da atma...

Bu gün məhkəmə günümüzdür, dua et ki, yoldaşım qərarını dəyişdirmiş olsun..."

Bu
hekayə olmuş bir hadisədir. Ümid edirəm ki, ürəklərindəki sevgiləri
nəfslərinə qalib gəlmişdir və bu cütlük yeni xoşbəxt həyatlarını davam
etdirirlər.

Hekayədəki
üç tərəfin yerində hər birimiz ola bilərik. Dedi-qoduçu qadın kimi
gördüklərimizi "ünvana" çatdırmadan öncə düşünək, gözlərimizin bizi
aldatması səbəbi ilə kimlərinsə həyatını məhv edə bilərik...

Səbirsiz
qadının başına gələn başımıza gəlsə, qarşıdakına danışmaq haqqı verək.
Dinləmək və danışmaqla çox problemləri kök salmadan həll etmək olar...

Şərlənən
ərin vəziyyətinə düşsək, yenə də səbr edək. Etibar etmək çox önəmlidir,
xüsusilə ailə daxilində. Amma bu duyğunun azlığı ailəni dağıtmaq üçün
səbəb deyil. Özümüzə də güzgüdə baxaq - qarşı tərəfdə olmayan, amma
bizdə olan mənfilərimizi görə bilirikmi? Axı heç kim ideal deyil...
Qarşı tərəf səhvini anlayıbsa, kini bir tərəfə qoyub bağışlamağı
bacaraq... Ailəmiz üçün... Özümüz üçün... Allah üçün...скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!