Hər vida zamansızdır

Hər vida zamansızdır
Sevgi Dünyası
10.09.2017 27
Gediş
vərdişdir bir ürək üçün, ayrılıq çətin deyil. Bunu da unudaram. ancaq
vaxtı deyildi. Sən getdin, yanında buraxdığını zənn etdiyin məni də
sürüdün.

Yalnızlıq
nə ağır bir ürək sancısıdır, nə parçalayan bir vurğundur bilə
bilməzsən. İçini gəmirən qayğıların, məntiqinin önünə keçər. Şiddətli
bir fırtınadan geriyə nə qalsa, ayrılığın ardından o qədər viranə qalar
insanın ruhu. Qaldı ki, mən ayrılıqlara öyrəşmişəm, amma bu vaxtsız
oldu.

Ayrılıq,
gəlirəm deyər əslində, hiss edərsən. Qəbul edə bilməzsən, o ayrıdır,
amma finala doğru getdiyini bilirsən. Ona görə çox da təəccüblənmərsən o
an gəldiyində, üzülərsən, çox üzülərsən. Mən təəccübləndim! Hazırlıqsız
idim...

Getdiyin yerdə
daha xoşbəxtmisən deyə düşünməyəcəm. Elə olacağına inanmasan getməzdin.
Vardır mütləq bir bildiyin, yoxsa bilmədən getdinmi? Bir macəradan
kənara keçməyəcək, amma ruhunu bəsləyəcək bir yolculuqdursa çıxdığın,
könlün rahat get, mən o duyğunu bilirəm. İnsanın axtarışlar içində öz
çevrəsinə dörd döndüyü uzun zamanlardan sonra, zəncirlərindən qopma
ehtiyacıdır bu hərəkətin, anlayaram.

Yalnız vaxtsız oldu. Bir az hiss olsaydım, gözündə, sözündə bir şey
tapsaydım, gözləyərdim. Hətta mən yığardım çamadanını əllərimlə, gözəl
dualarla yollayardım. Son gecənin, son olacağını bilsəydim, heç yatmadan
üzünü seyr edərdim səhərə qədər. Qoxunu içimə doldurardım. Bərk
sarılardım, günəş doğana qədər bədənimi ayırmazdım, amma bilmədim.

Vaxtı deyildi sevgilim, bu gedişin heç sırası deyildi. Hərçənd bəzən
getmək də elə gözəldir ki! Tərk etdiyin mənim deyə eqoizm edə bilmərəm.
Yeni bir səhifəyə başlamaq, bir macəraya doğru getmək necə bir
həyəcandır bilərəm. Mən də birilərindən belə getmişdim...

Hər nə qədər vaxtsız da olsa bu ayrılıq, sənin adına dua edəcəyəm.
Ümüd edirəm göyqurşağının altından keçmək üçün çıxmamısan yola.
Gördüyün, dayanacağıq hər nöqtədə səni bir hadisə gözləyəcək.
Yaşayacaqlar, keçmişindəki bağlardan qoparmaq... Kürəyində bir yük kimi
daşıma, amma həmişə cibində tut dərslərini.

Vaxtsız bir vida, demək gedirsən, segili! Məni düşünmə, macəranın
dadını çıxar. Diləiyin zaman get, gedə bildiyin qədər uzun get. Bir gün
zəng et, xəbər ver mütləq, çünki mən maraqlanacağam, bu səfərdə nə qədər
böyüdüyünü sənin...скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!