Bəzən böyük hissləri kiçik sözlər də ifadə edir

Bəzən böyük hissləri kiçik sözlər də ifadə edir
Sevgi Dünyası
10.09.2017 22
"Hər
şeyi yenidən başlamaq istəyirsənsə, günahkar axtarmaq yersizdir.
Mümkündür ki, sən mübahisədə qalib gələsən, ancaq nəticədə əzizini
itirəsən..

..həyat onu münaqişələrə, küsmələrə, söz-söhbətlərə, mənasız işlərə
sərf etməyəcək qədər qısadır...Sağlam insanlar həyata bitməz-tükənməz
bir dəniz kimi baxırlar..Ancaq o, həqiqətdə bir kölgə, bəzən də ötəri
bir bulud kimidir. Bir anın içində çəkilib gedər...Yaxınlarına vaxt
ayır. Bir gün gələr, ayılarsan ki, yanında heç bir kəs qalmamışdır..

...insan öz səadətini məhv edəcək qədər axmaqdır."

R. Abdullaoğlu, "Bu şəhərdə kimsə yoxdur"



"Mənə
təsir edən kitab o kitabdır ki, onu oxuyub qurtarandan sonra ürəyində
deyəsən ki, kaş bunu yazan mənim çox yaxın dostum olaydı, kefim
istəyəndə telefonu götürüb ona zəng vura biləydim. Ancaq beləsinə çox
az-az rast gəlmək olur".

Cerom Devid Selincer - "Çovdarlıqda uçurumdan qoruyan"



...fərz et ki, bütün yazdıqlarımı
anlaya bildin...bəs anlaya bilmədiklərin?bəs yazıb-yazıb
sildiklərim?bəs ümumiyyətlə yaza bilmədiklərim?..”nə tapdın onda?!”-deyə
sual olarmı?nə tapdığımı anlasalar, hər kəs aşiq olar ona...



...həyat başlayar və bitər.necə başlayıb, harada son olacağı deyil, ikisinin arasına nələr sığdıra bildiyin önəmlidir.



"İnsanın yeganə həqiqi borcu - öz taleyinə, arzusuna qovuşmağa çalışmaqdır..."

Paulo Coelho-"Kimyagər"



Nağılın harada
bitdiyini, həyatın harada başladığını fərq edə bilmirəm. Bəzən, sifətimə
bir qəribə baxırlar; o zaman oyanar kimi oluram.

Oğuz Atay - Tutunamayanlar 



"...sevgi
bəzən bir 'necəsən?' sözüdür. Bəzən insan qəlbində yığılıb qalmış,
ancaq dilə gətirə bilmədiyi hislərini bir 'necəsən?', 'hər şey
yaxşıdır?' sözünə sığışdırıb deyə bilər... Sevgini və diqqəti bildirmək
üçün böyük və şairanə cümlələrə heç gərək yoxdur. Bəzən böyük hisləri
kiçik sözlər də ifadə edir.."

R. Abdullaoğlu, "Bu şəhərdə kimsə yoxdur"

 

"O adam şəkili tam görür ki, çərçivəsindən kənara çıxa bilir."

Salman Rüşdi - "Onun ayağının altındakı torpaq"



...İnsanın gələcəyi görməməsi bəlkə də çox yaxşı bir şey idi..

Agatha Christie-"On zənci balası"скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!