Darmadağın

Darmadağın
Sevgi Dünyası
10.09.2017 2
Bir
əli ilə telfonu, bir əli ilə şəkilləri qurcalıyırdı. Səssizcə gözləyir,
əlləri o qədər titrəkdi ki, telfon yerə düşməkdən çat vermişdi.
Gözlərinin qucağladığı şəkillərə baxıb köks ötürürdü. Dişlərini
bir-birinə qıcayıb, son mesajlara baxmağa davam edirdi. Əllər titrək,
qəlb kövrək və o gün bir qız valdeyin qorxusundan səssiz ağlamaq
məcburiyyəti.

- Səs eşidilməsin deyə yorğanı qucaqlayıb var gücü ilə ağlayaraq, ötən günlərini önünə gətirirdi. İncə bir varlıq, bu
cür qətlə yetirilməsi ağılasığmazdı. Zülfü sifətinə elə yapışıb ki,
sanki hər bir tel dilə gələrək "ağlama" deyə yalvarır. Sol çiyində
əyləşən mələk belə, günah dəftərini tullayıb yardıma gəlmişdi o gecə.
Qadın ölməyi, ölüm isə onun yaşamağını istəyir. O baxışlar, o şıltaqlıq
məhv olmuşdu daha. Dəlisov hisslər, payız yarpaqları kimi sərxoş
vəziyyətdə keyidilmişdi. Heçnə işləmirdi, saat susub, zaman dəyanıb,
davam edən sadəcə göz yaşları.

- Üzülmüşdü, o gecə Tanrı üzülmüşdü.

- Çətir qoxulu qadından heçnə qalmamışdı. Qırışlar o günün tarixçəsi.
Qurduğu dünyada hər kəs ölməlidir, çünki göz yaşları bütün şəhərləri
basdıracaq qədər güclü axırdı. Nuhun gəmisi hazırlanmamışdı. Düşnməzdi
nə vaxtsa o gəmi lazım olar, çünki ondan gələn hər şey gözəl idi. 

- Düşünmədi, bilmirdi, sanırdı ki, ölüm aşiqlərin ikinci cənnətinə
aparan yoldur. Son mesajlar, əli ilə səliqəyə salınan fotolar. Və hələdə
bu qədər ağrı içərisində, islanmış əlləri ilə, ucları bükülmüş
şəkilləri düzəldir və oğlanın yanaqlarını sığallayır. Səhər açıldığının
fərqinə varmır, hər sübh namazından sonra əl-üzünü yuyur və 'ac deyiləm
ana' deyib otağına keçirdi.

- Hamı eyni sözləri təkrarlayır: 'Ağılsızsan', 'dəyməz', 'keçib
gedəcək'. Bilmirlər, dostlar, tanışlar hamısı uzaq baxışlı yad simalar.
Gecələr xəstə kimi, zəng çatmayan nömrəyə onlarca mesaj yazıb zəng edər
və təkrar-təkrar pıçıldayar : Səni sevirəm.

- Anlaya bilmirdi, bir insanı bu qədər sevmək acizlik yoxsa özünə edilə biləcək ən böyük sui-qəsd? 

- Qapalı otaqlar, tozlu şəkillər, özlü yollar. Hamısı bir kəsi
xatırladır. Atasından başqa gördüyü hər kişini o sanırdı. Gözlərmi
dəlirmiş, yoxsa baxışlar bərkimiş? - Bilmir, o bilmir, heç nəyi, heç kimi... - Cismi yerdə olmağının nə mənası, ruh artıq vidalaşandan sonra?

- Qorxar, yorular, daha nə olacağı önəmli deyildi.

- Anidən gülümsəyər, susar və lənətə gəlsin.. yenə də ağlayardı.

- Çox vaxt qara baxışlarla, mavi buludları seyr edər və hərdən söyləyər: Hələdə ordamısan Tanrı?

- Və göydən bir damcı yendi üz çuxurlarına..



- Süleyman Əliyevскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!