Dəvəçi və filosof

Dəvəçi və filosof
Sevgi Dünyası
10.09.2017 10
Səhrada
avara-avara gəzən bir filosof, dəvəsi ilə səfər edən bir kəndliyə rast
gəldi. Haradan gəlib hara getdiyini öyrəndikdən sonra, dəvənin iki
yanına sallanmış çuvallarda nələr olduğunu soruşdu. Kəndli:



- Onların birinə buğda, digərinə qum doldurdum, -deyə cavab verdi.



Filosof: 



- Buğdanı anladım, amma qumu nə üçün doldurdun? deyə soruşduqda kəndli:



- Ikinci çuval boş qalsaydı tarazlıq pozulardı!- dedi. Filosof gülməyə başladı:



- Tarazlıq təmin etmək üçün buğdanın yarısını da o birisinə doldursaydın hər halda daha ağıllı hərəkət etmiş olardın, -dedi.



Kəndli çaşmış, bu müdrik adama heyranlıqla baxmağa başlamışdı.



- Sən, - dedi, padşah, yaxud vəzir olmalısan! Bu qədər ağıl ancaq onlarda ola bilər.



- Xeyr, -dedi filosof, mən nə padşaham, nə də vəzir.



- Elə isə dükan sahibi zəngin bir adamsan...



- Nə gəzər, cibində qəpiyi belə olmayan bir adamam mən! Bu qədər
məlumat və hikmətin əvəzində əlimdəki bu dəyənək və cındır paltarlarla
gəzib dolaşıram səhralarda...



Kəndli bu cavab qarşısında heç məmnun olmamışdı:



- Çəkil get yanımdan!-deyə qışqırdı. Sənin məlumat və hikmət dediyin
şeyin bir faydası olsaydı, əvvəlcə özünə fayda verərdi. Torbanın birində
qum, digərində buğda olması, sənin içiboş məlumat və fəlsəfəndən daha
yaxşıdır!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!