Nə olar, get

Nə olar, get
Sevgi Dünyası
10.09.2017 59
Sevsəm
də səni, nə olar get.Yağmurlarda üşüməni istəmərəm... Qıya bilmərəm
sənə, bilərsən... Sənin gözlərinə yağmurlarım enməsin… Qara buludlar
ürəyini incitməsin. Mən yağışa alışqınam, sən günəşlə oyanmağa layiqsən,
gülüm… Nə olar get günəşli sabahlara... Sənə qıya bilmərəm bilərsən
axı... Toxunma səni sevən ürəyimə. Tikanımla qanamasın əllərin… Mənə
görə yanmasın sonralarda ürəyin… Daha çox ağlamadan gözlərin get nə
olar, get!

Sən
baharın xınalı çiçəyi… Mən isə qarlı dağların yaralı tikanı... Mən
tikanlarla yaşamağa alışqınam, gülüm, sənsə baharlara layiqsən… Hər
sabah sən gözlərinlə baharlarla oyanarsan… Mən isə qara qışlara... Qıya
bilmərəm sənə, bilərsən…

Mənim qışlarımda üşüməsin əllərin… Ayazlarım üşütməsin ürəyini.

Səni ölümünə
sevsəm də, sən get nə olar… Baharlarına xəzanlarım yetişmədən sən qaç
təmiz arzularına... Su heç atəşi ağlada bilərmi? Yağmur heç günəşi isidə
bilərmi? Get…

Çünki... Mən də
səni yaşada bilmərəm… Durma daha artıq qaranlıqlarımda... Sən qaç
günəşli sabahlarına…. Sevinclər sadəcə sənə yaraşar, gülüm… Mənimlə
maraqlanma... Baharın qoynunda gülümsəsən... Gülüşünlə ayazlarda
isinərəm mən…скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!