Məğlub bir qəhrəmanam

Məğlub bir qəhrəmanam
Sevgi Dünyası
10.09.2017 4
Bütün
tanidiqlarim sevginin fədakarlıq tələb etdiyini söyləsə də fədakarlıq
üçün sevgini yaşamaq lazımmiş,yaşanılmayan üçün isə fədakarlıq
edilməz...

Kədərlənməkdən yoruldum...

Səni özməkdən də...

Gözləməkdən yoruldum...

Nəyi gözlədiyimi bilmədən...

Darıxmaqdan da yoruldum...

Ən çox da düşünməkdən!!!

Susmaqdan yoruldum...

Davamlı susub içimdə isə qışqırmaqdan yoruldum... 

Hər zaman özümlə baş-başa qalıb...

Həmişə özümə siğinmaqdan yoruldum...



Amma artiq anladim sevgi yaşandiği müddətcə vardır...

Sən yoxsan...

Mən yoxam...

Onda sevginin olmasini da gözləmirəm artiq...

O da olmasın artıq...

Əgər davamlı özümü hesabsızca sorğulayacaqsam...

Əgər davamlı özümə məğlub olacağamsa...

Əgər əslində heç yaşamadiğim bir eşq üçün davamlı kədərlənəcəyəmsə...

Və həmişə üzəcəyəmsə səni...

OLMASIN...

Onsuzda heç olmayib...

Var olduğunu sayaraq aldatmışıq özümüzü...

Ya da mən həmişə aldatmişam özümü...

Amma artiq yoruldum...



Menbu mübarizədə yenik düşdüm... 

Mən məğlub qəhrəman...

Sən isə qazanan ol...

Nə qədər məğlub olsam da...

Nə qədər kədərlənsəm də gözəl yanları da vardı səninlə sevgini yaşamam..



Səninlə yaşanan ilklər gözəl idi...

Bəzən ağrıtsa da...

Sənin üçün darıxmaq gözəl idi...

Bəzən ağlatsa da...

Mübahisələrimiz belə gözəl idi...

Həmişə ehtiyac duyduğumuzda bir-birimizin yanında ola bilməsək də...

Gözləmək gözəl idi...

Gerçəkləşməyəcəyini bilə-bilə...

Öz dünyamızda xəyallar qurmaq gözəl idi...

Ən gözəli isə səni tanimaq idi...скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!