Yaxşılıq yoxdur

Yaxşılıq yoxdur
Sevgi Dünyası
10.09.2017 5
Bir
qurdu ovçular qovalayır. Qurd meşədə ora bura qaçır, ancaq ovçularıdan
canını qurtara bilmir. Yolda bir kəndliyə rast gəilr. Qurd adamın önünə
çökər və yalvarmağa başlayar: Ey insan, nə olar mənə yardım et,
ovçulardan qaçacaq nəfəsim qalmadı, əgər sən yardım etməsən bir az sonra
tutub öldürəcəklər. Kəndli bir an düşünəndən sonra yanındakı boş çuvalı
açar, qurdu içinə salar. Çuvalın ağzını bağlayar, dalına atıb gedər.
Bir neçə dəqiqə sonra da ovçulara rast gələr. Ovçular adma bir qurd
görüb görmədiyini soruşar, kəndli "görməmişəm" deyər və ovçular
uzaqlaşır. kəndli dalındakı torbayı endirir, ağzını açır, qurdu
çıxarır. 

"Çox təşəkkür
edirəm" deyər. Qurd, "Mənə böyük bir yaxşılıq etdin." Dəyməz deyər
kəndli və tarlasının yolunu tutar. "Bir dəqiqə" deyə səslənər qurd: Çox
uzun zamandır bu ovçulardan qaçıram, çox bitkin düşdüm, qüvvət toplamaq
üçün bir şeylər yeməliyəm və burda səndən başqa yiyəcəyin bir şey yoxdu.
Kəndli çaşıb qalır: Olar mı, mən sənin həyatını qurtardım. "Edilən
yaxşılıqlardan daha tez unudulan bir şey yoxdur" deyər qurd. "Mən də öz
mənfəətim üçün sənin yaxşılığını unudmaq və səni yeməliyəm." 

Bir müddət
münaqişədən sonra, qarşılaşacaqları ilk üçə bunu soruşmağa və ona görə
əməl etmək qərarıma gəldilər. Qarşılarına əvvəl yaşlı bir qısraq bir at
çıxır. "Nə vəfa" deyər qısraq, Mən sahibimə illərdi xidmət etdim,
arabasını çəkdim, taylar doğdum, gəzdirdim. Və yaşlanıb bir işə
yaramayanda məni belə qapıya qoydu… Bir sıfır önə geçən qurd sevinirkən
bir itə rast gəldilər. 

"Mən xidmətin
dəyərini bilən bir əfəndi görmədim" deyər it, "Illərdir sədaqətlə
xidmət edərəm sahibimə, qoyunlarını qoruyaram, yadlara hürərəm, amma o
məni hər gün döyür…" Qurd kəndliyə dönər, "gördünmü" deyər. Kəndli də
Amma üç demişdik, birinə də soruşaq, sonra məni ye deyə cavab verir. Bu
dəfə qarşılarına bir tülkü çıxar. Başlarına gələni danışırlar. 

Tülkü həmişə
nifrət bəslədiyi qurda bir oyun oynayacağı üçün sevinər. "Hər şeyi başa
düşdüm, amma bu balaca torbaya sən necə sığışmısan?" deyər. Qurd nə desə
də tülkü: "Gözümlə görməsəm inanmam" deyər. Işin sonuna gəldiyini
düşünən qurd torbaya girər, tülkü kəndliyə işarə edər və kəndli torbanın
ağzını yaxşıca bağlayar. Kəndli əlinə bir daş alar və "Məni yemək
istəyirdin ha nankor heyvan" deyərək torbanın içindəki qurdu xeyli
vurar. Sonra tülküyə: "Sənə minnətdarım, məni bu qurddan qurdardın"
deyər. Tülkü də "Mənim üçün bir zövq idi" deyə cavab verər. O an
kəndlinin gözü tülkünün parlaq kürkünə sataşır. Bu kürkü satarsa alacağı
pulu düşünər və heç gözləmədən əlindəki daşı başına vurub tülkünü
öldürər. Sonra da torbanın içindəki qurdu ayağıyla dümsükləyər:
Haqlısanmış qurd, edilən yaxşılıqdan daha tez unudulan bir şey yoxmuş.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!