Bir ömürün nağılı

Bir ömürün nağılı
Sevgi Dünyası
10.09.2017 28
Zaman kecir,hər kecən günndən bir xatirə qalır. Doğurdanda həyat
qəribəliklərlə doludur,Bəzən xəyal gercək olur,bəzən isə insanı
yorur.Hər şey sevgiylə başlayır,Başlanğıc necədə gözəl olur, amma ki
sevgi bəzən ötəri hisslər olur,Necə deyərlər bir külək idi ,Əsdi və
Kecdi...İnsanlar bu qəribəliklərdə bəzən qalxır,bəzən isə enir..Gözəl
bir deyim var Dünya bir nərdivandı,Kimisi qalxır kimisidə enir..Günahkar
kim....! Sənmi ,Mənmi ..? Yox biz günahı özümüzdə yox bəzən dünyada
axtarırıq ..Və bu cür də izah edirik.Yalan dünya,Vəfasız dünya...Fani
dünya

Ancaq dünyanın gözəlliyini dada dada bu yaşa gəlib, bütün iradları onda
axtarırıq Niyə məhz özümüzü günahlandırmırıq ? Allahtəala bizlərə hər
bir gözəlliyi bəxş edib,bunların qarşısında idarə olunacaq
düşüncə,beyin,şüur bizlərə bəxş edib.Biz bunlardan faydalana bilmiriksə
Dünyada nədən nöqsan axtarırıq ? Mübarək Qurani Kərimdədə belə
buyrulub.. Səviyyə baxımından qoyun, inək və dəvədən aşağı olan heyvan
qarğadır. Əslində həqiqətlər qarşısında özlərini görməməzliyə vuran və
öz ağıllarını işlətməyən insanlar məhz bu heyvana bənzədiliblər. Bəqərə
surəsində belə deyilir:

Özlərini görməməzliyə vurub kafirlik edənlər qarğa kimidirlər; qarğa
qavramadığı səsə qarşı oxuyar. Onun qavraya bildiyi səs ancaq çığırtı və
bağırtıdır. Onlar kar, lal və kordurlar. Buna görə də dərk etməzlər
(ağıllarını işlətməzlər) (Bəqərə, 2/171).

Bizki Bunlardan fərqliyik ? Nədən faydalana bilmiriki ? Loru dildə
desək kiminsə əli yaxşı gətirsə Allaha şükür etmək əvəzinə dahada cox
Mal dövlət sahibi olmaq istiyir və göz doymur .. Kiminsə isə bir işi
cətinə düşəndə başlayır qınaqlara .. Ya dünya günahkar olur Yada ki ağla
min fikir gəlir,cıxış yolu isə cana qəst, və yaxud ölüm və sarə ...
Osman Nuri Topbaş gözəl demişdir Bu fani dünyaya imtahan üçün göndərilən
insan oğluna lütf edilən dəyərlərin başında ilk öncə "can və mal”
gəlir. Möminlər bu dəyərləri ciddi məqsədlər və ülvi ideallar uğrunda
istifadə etməyə məcburdurlar. Allah təalanın insan oğluna lütf etdiyi
can və mal kimi hər cür imkan bir əmanətdir. Bütün nemətlər Ondandır və
Ona aiddir. Buna görə də arif olan könüllərin Haqqa qarşı duyğuları
daim: "Alan Sən, verən Sən, qılan da Sənsən!..” -ifadələri istiqamətində
olmuşdur. Allahın Ona yaxınlaşmaq üçün verdiyi nemətləri Allah təalanın
əmrinin əksinə, səhv yerdə istifadə edənlər üçün isə acı bir ilahi
xəbərdarlıq vardır. Bu barədə ayədə belə buyurulur:

"(Ya Rəsulum!) De: "Əgər atalarınız, oğullarınız, qardaşlarınız,
övrətləriniz, qəbiləniz (qohumlarınız), qazandığınız mallar, kasad
olmasından qorxduğunuz ticarət, xoşunuza gələn məskənlər sizə Allahdan,
Onun Peyğəmbərindən və Allah yolunda cihaddan daha əzizdirsə, Allahın
əmri (əzabı) gəlincəyə qədər gözləyin. Allah fasiqləri doğru yola
yönəltməz!” (ət-Tövbə, 24)

Həyat davam edir harda bitib bitməməyi hec kimə məlum deyil İnsan
əməlləri ilə tanınar,calışaq ki bir ömürün nağılını yaxşı əməllərimizlə
bitirək və demiyəkki həyat fani,həyat yalan Dünya acımasızdı Bu sözlər
məncə Öz gözündə tiri görmüyüb gizlədinlərə aiddir ..Bir belə ilahi
xəbərdarlıqlar vardır:

"Ey iman gətirənlər! Sizə elə bir ticarət (qazanc yolu) göstərimmi ki, o
sizi şiddətli əzabdan xilas etsin? (O qazanc yolu budur:) Allaha və
Onun Peyğəmbərinə iman gətirəsiniz. Allah yolunda malınız və canınızla
vuruşasınız (cihad edəsiniz). Bilsəniz, bu sizin üçün nə qədər
xeyirlidir!” (əs-Saf, 10-11)



Dünyaya gəliş və gediş





Gəldim sacımı astaca tumarlayaraq

Qoxumu icinə cəkərək Anam

Sorağı eşitcək sevinc hissiylə

Bölüşdü hamıyla gülərək Atam ...



Ay ötdü il oldu böyüdükcə mən

Kecdi ötənlərim qaldı xatirə

Düşünüb yadıma saldıqca hərdən

Şükür etdim hər ana,uca Rəbbimə ..



Bir ömrün nağılı son anda bitər

Gələn gəldiyi tək bir gündə gedər

Həyat varlığını ruhdan hifs edib

Ömür qayğısını insanlar cəkər ...



Yaşanan hər anımız doğurdanda bir ömür nağılıdır .. allah hər birimizə
Bir ömrün nağılını hifs edib qəlbdən cəkməyi qismət eləsin ..Amin...!



Müəllif : SEYMUR SÖNMƏZскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!