BACARMADIM..

BACARMADIM..
Sevgi Dünyası
10.09.2017 10
 
 Mende dedim unuduram

sənin kimi bircə günə:

sözlərini, gözlərini,

əllərinin istisini...

Bacarmadım!

Mən də dedim unudaram

sənin kimi bircə günə:

O çağları, o anları,

şirin-şirin xəyalları...

Bacarmadım!

Sən ki, mənə öyrətmişdin

sevməyi də,

həsrətinə dözməyi də.

Öyrətmişdin gülməyi də,

göz yaşımı silməyi də.

Unutmağı öyrətmədin, axı, nədən?

Ürəyimi bu göynədən

acıları atmaq üçün,

bir hüzura çatmaq üçün

çalışıram dönə-dönə.

İstəyirəm silim səni ürəyimdən

sənin kimi, bircə günə...

Yandıraraq körpüləri

yol qoymadın keçmişimə qayıtmağa.

Ay insafsız!

Məhəbbətim imkan vermir unutmağa!

Unudarsam səni, sanki

itirərəm özlüyümü, mənliyimi.

Zaman keçir...

Anlayıram səni hər gün,

əvvəlkindən daha artıq sevdiyimi!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!