Antikvarçı

Antikvarçı
Sevgi Dünyası
10.09.2017 7
Gənc adam, antik əşyalar marağı səbəbiylə Anadolunun ən ucqar
guşələrini gəzir və gözünə kəsdirdiyi malları yox bahasına satın alaraq
yolunu tapırdı. Qış qiyamət demədən davam etdirdiyi səyahətlər zamanı
başına gəlməyən qalmamışdı. Lakin, bu dəfəki hamısından fərqli
görünürdü. Yolları bağlayan qar üzündən arabasını tərk etmiş və soyuq
hava altında donmaq ərəfəsindəykən, bir qoca tərəfindən tapılıb onun
daxmasına dəvət edilmişdi. Yaşlı adam, gəncə yeriməsinə yardım edərkən:

 - Günlərdir xəstə olduğumdan, odun kəsmək üçün ilk dəfə çölə çıxdım,
- dedi. Sən demə səni tapmaq üçün sağalmışammış. Dizə qədər qalxan
qarla boğuşub göclə daxmaya gəldiklərində, antikvarçının ağ görməkdən
donan gözləri fal daşı kimi açıldı. Otağın orta yerində stolun ətrafına
qoyulmuş üç-dörd stul, onun indiyədək gördüyü ən gözəl antikvarlar
olmalı idi. Saatlardır qar içində qalan bədəni bir anda isinmiş, buzları
əriməyən badımcan bənövşəyi sifətini atəşlər örtmüşdü. Yaşlı adam,
qonağını yatırmaq üçün cəld hərəkət edirdi. Ona bir neçə tikə ikram edib
sidr yatağını hazırlayarkən:

- Bu gün soba yandırmadım övladım, - dedi. Amma bu yorğanlar səni qızdıracaqdır.

 

Ev sahibi, illər öncə vəfat edən xanımı ilə bölüşdükləri otağa
keçərkən, antikvarçı da tiftik hörülən adyallar arasına gömüldü. Ancaq
bütün yorğunluğuna baxmayaraq heç cür yatmırdı. Ertəsi gün getməzdən
əvvəl nə edib-edib o stulları götürməli, bunun üçün də yaxşı bir ssenari
uydurmalıydı. Məsələn, həyatını xilas etməsinə qarşılıq qocaya bir neçə
kreslo satın ala və köhnəlmiş olduğu bəhanəsi ilə çölə çıxardığı
stulları, oğrun-oğrun mikroavtobusun arxasına atardı. Hətta onları
düşdüyü kimi qaçmaq da mümkün idi. Yeriməyə belə gücü olmayan qoca,
sanki onun arxasınca gedəcək idi?

 

Gənc adam, beynində fikirləri kamilləşdirməyə çalışarkən dalıb-dalıb
gedir və küləyin səsi ilə oyandığı vaxt, qaldığı yerdən davam edirdi.
Bu arada yaşlı adamın sabah namazına durduğunu görmüş, hətta fərz olsa
da odun parçaladığını eşitmişdi. Gözlərini açanda, onun kuzine üzərində
yemək bişirib yediyini gördü və ətrafına boylandı, birdən stulları
xatırladı. Yüngülcə qalxıb ətrafına baxdı: Aman Allahım! Antikvar
əşyalardan heç biri ortada yox idi.

 

Qoca canavar, hər halda planını hiss etmiş və bəlkə də yuxudakı
danışığını eşidərək onları əmin bir yerə qaldırmışdı. Sakit görünməyə
çalışaraq:

 

- Ətim, sümüyüm isinmiş, - dedi. Şorbanız da gözəl iy verib doğrusu. Amma axşamki stulları görmürəm.

 

Yaşlı adam, otağın küncünə topladığı stul parçalarından birini daha sobaya atarkən:

 

Stul dediyin, dünya malıdır övladım, - dedi. Biz qonağımızı qoyarıq üşüsün?скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!