Getmək qalmağın edamıdır

Getmək qalmağın edamıdır
Sevgi Dünyası
10.09.2017 7
Getmək
qalmağın edamıdır.Get sən də..Gedərkən sol cibimi apar özünlə, üşüyəndə
ümidlərivi qoy cibimə.Deməki necə getmək olar? Hardan getmək olar? Nə
cür getmək olar? Cəhənnəm ol çıx get birtəhər.Atam da getdi Anamdan.Ver
yalnızlığıvı Allaha, tək qal özünlə, dul qal özünlə, get özündən.Düşünmə
insan gedəndə unudulur, düşünmə məni.Nədir bu getmək, kimdir bu getmək,
hardan gəlir? Get "Kamyu" kimi, get "Qorki" kimi, get "Hess" kimi,
get"ƏCLAF" kimi...Deyəsən məhlədə bayramdı yenə.Bayram münasibəti ilə
Atam da söyəcək Anamı, Atamın təbriki bu olur həmişə Anama.Yandıracaqlar
yenə tonqal, yenə düşəcək işığı pəncərəmizə...Getmək qalmağın edamıdı?
Bilmirəm! Bax indi içkiliyəm, yazıram bu sözləri."Vaqif Mustafazadə" var
sözlərimdə, sözlərimdə bir küçə, küçədə gizlənib "Akif
İslamzadə".Küçədir getmək? Yoxsa gedərkən gedişindənki itməkdir küçə?
Gedir küçədən bir insan, qoymayın getsin yalvarıram.Gedişində var Allah,
Allah yalvarıram gəl.Gedir axı bu insan, qoyma getsin Sən axı
Allahsan.Sən susdun ölərkən uşaqlar Fələstində..Suriyada..Terrorda.Burax
müqəddəsliyi, ucalığı.Yaxşı Snə inanram.Gəl bitməsin içkimiz, otur
içək..Blirsən nə eşitmişəm? Deyirlərki Hindistanda Səndən daha
müqəddəsdi inəklər.Bilirsən nə eşitmişəm? Deyirlərki Çində Səndən daha
müqəddəsdi heykəllər.Bəlkə qabırğamı verim Sənə? Sındırıb insan
yaradasan.Bəlkə ümidlərimi verim Sənə? Əzir bu insanlar ümidlərimi
torpaq kimi.Ģedirlər insanlar, amma Sən otur Allah getmə.Qoy onlar
getsinlər Anasını itirən övlad kimi...скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!