Uşaq və köpək balası

Uşaq və köpək balası
Sevgi Dünyası
10.09.2017 6
"İt Balaları Satılır" elanının dərhal altında kiçik bir uşağın başı göründü və uşaq mağaza sahibindən soruşdu:

- İt balalarını neçəyə satırsınız?

Mağaza sahibi:

- 30 dollarla 50 dollar arasında dəyişir qiymətləri.

Mənim 2 dollar 37 sentim var - dedi uşaq. Bir baxa bilərəmmi balalara?

 

Mağaza sahibi güldükdən sonra bir fit çaldı və it daxmasından beş
dənə yumaq halında bala çıxdı. Balalardan biri arxadan gəlirdi. Kiçik
uşaq gəzməkdə çətinlik çəkən şikəst balaya işarə edib soruşdu:

- Buna nə olub?

Mağaza sahibi onun bud çıxığı olduğunu və həmişə şikəst olacağını açıqladı.

Kiçik uşaq həyəcanlanmışdı:

- Mən bu balanı satın almaq istəyirəm.

Dükan sahibi:

- Xeyr, o balanı satın almağın lazım deyil. Əgər doğrudan da istəyirsənsə o balanı sənə müftə verirəm.

Kiçik uşaq birdən əsəbiləşdi. Mağaza sahibinin gözlərinin içinə dik- dik baxaraq:

- Onu mənə verəsiniz istəmirəm. O da digər balalar qədər
dəyərlidir və mən qiymətini tam olaraq ödəyəcəyəm. Əslində indi sizə 2
dollar 37 sent verəcəyəm və geri qalanını ayda 50 sent ödəyərək
tamamlayacağam".

Dükan sahibi uşağı inandırmağa çalışdı:

- Bu iti həqiqətən satın almaq istədiyini zənn etmirəm. Bu bala
heç bir zaman digər balalar kimi qaçıb, tullanmayacaq və səninlə
oynamayacaq.

Bunun üzərinə kiçik uşaq əyildi, şalvarını çırmalayıb və böyük
bir metal parçası ilə dəstəklədiyi şikəst ayağını dükan sahibinə
göstərib, şirin bir səslə:

- "Mən də çox yaxşı qaçmıram və bu körpənin özünü çox yaxşı anlayacaq bir sahibə ehtiyacı var" - dedi.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!