Sən mənim ən müqəddəs sirrimsən...

Sən mənim ən müqəddəs sirrimsən...
Sevgi Dünyası
10.09.2017 7
Sən mənim ən müqəddəs sirrimsən, o qədər gizlətmişdim ki, səni, özüm belə səni necə sevdiyimi xatırlamırdım. Qaçırdım səndən. Heç kəsə demədim səni, getdiyin gündən illər keçdi, amma ondan sonra yaşadıqlarım əsrlər kimi gəlir mənə. Bəzən də sanki sən getdiyin gündən sonrakı günləri həyatımın bir hissəsindən hesab edə bilmirəm. Qürurumu əzdim, əzdim, əzdim, amma daha əzə bilmirəm, sənə bərk-bərk sarıla bilmirəm. Səndən sonra mən çəki itirdim, o çox bəyəndiyin saçlar tökülüb azaldı, ağladım, bütün acıları göz yaşlarım apardı. Amma eybəcərləşdim, indi güzgüyə baxanda mən o gözəlliyi görmürəm, onu da aparmısan ki, məni heç kim sevməsin.
Sən sevmişdin məni? Bu suala cavab tapa bilmirəm. Ürəyimi səndən başqasına da vermək istədim, verdiyimi sandım, xoşbəxt olmaq istəyirəm dedim, amma alınmadı. ALLAH şahiddir, o bütün yaşadıqlarımı bilir, səndən başqasına da sevirəm dedim, amma sevmədim.



Hələ də sənə qarşı isti nələrsə var, amma bu istilik səni isitmir. Sənin sirr olduğunu belə heç kim bilmir. Sən başqa idin, bütün oğlanlardan fərqli idin, öz taxtın var idi məndə, o yer sənin yerindi, qayıt və doldur.

Çünki onda səni tapa bilmədim, heç kim verə bilməz yerini, mən sənin var olmayacağını qəbul etmişdim. İndi də səninlə xoşbəxt ola biləcəyimizə inanmıram, sən sevmirsən məni çünki. Gözüm həmişə səni axtarırdı, amma qorxurdum səni görməkdən... Səni gördüm, sanki ALLAHım səni mənə göstərdi ki, ürəyimdə sənə olan hisslərimə aid qərar verim. Qərar verdim, amma bu qərar başqasını da incitdi, ən çox da məni, sənin məni incitdiyin kimi mən də başqasını incitdim.


 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!