Balaca uşaqla bərabər

Balaca uşaqla bərabər
Sevgi Dünyası
10.09.2017 11
İş adamı təraş olarkən bir yandan da bərbəriylə söhbət edirmiş. Bu vaxt qapının ağzından keçən bir uşaq görürlər. Bərbər, iş adamının qulağına pıçıldayır:



- Bu uşaq var aaa, dünyanın ən axmaq uşağıdır. Bax indi.Bərbər uşağı çağırır:



-Əli, bura gəl.

Uşaq üzündə axmaq təbəssüm içəri girib salam verir.

Bərbər cibindən bir 50 manat və bir 5 manat çıxarıb uşağa deyir:



- Hansını istəyirsən götür.

Uşaq fikirli-fikirli hər iki pula baxıb 5 manatı götürüb qaçır.

Bərbər iş adamına dönərək gülümsəyir:



-Gördünüzmü? Mən sizə demişdim.

Təraşdan
sonra adam çölə çıxır və həmin Əlini görür. Yanına gedib, niyə 50
manatı yox, 5 manatı götürdüyünü soruşur. Uşaq bic-bic gülümsəyərək
deyir:



-Bu bərbər hər müştəri gələndə mənimlə eyni oyunu oynayır. Əgər 50 manatı götürsəm, oyun bitər!



- Bəli, bəziləri ağlını axmaq görüntü altında gizlədərlər və beləcə əslində qarşısındakını axmaq vəziyyətə qoyarlar..скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!