Buzluq

Buzluq
Sevgi Dünyası
10.09.2017 8
..sevgi
də,sevgili də,yalnızlıq da,dostluq da çətindir ,əslində..hər şeyin
gözəlliyi qədər çətin tərəfləri var bu həyatda..birini başa
düşmək,anlamaq lazımdır,məsələn..amma onun ehtiyacı olduğu zaman
etməlisən bunu..çünki,insan kitab deyil..öldükdən sonra təkrar təkrar
oxuya bilmə şansın olmur..qırıq bir qəlbin ən çox ehtiyac duyduğu şeydir
başa düşülmək..bəzən bir söhbət,bəzən bir dost çiyni,başını qoyub
doyunca ağlamaq üçün..nə bilim,o
qədər tanıdıqdır ki,bu sözlər..hansı birimiz zaman zaman belə olmadıq
ki?..amma bəzən o qədər çətinləşir ki,qarşı tərəfi
tanımaq..məsələn,bilirsən ki,həyatına gələn hər kəsin səndən öncə bir
hekayəsi var..əminsizlik duyğusu yaranır bir zaman sonra..ən pisi də
dostluqdan əmələ gələn sevgi olur..hər sirrini bildiyin zaman..hər kefi
pozulanda,hər ürəyi sıxılanda onun keçmişi gəlir ağlına..bəzən həqiqətən
bu olur səbəb,bəzən tamamilə başqa..amma o şübhə ki,var..görünməyən ən
qatı düşməndir,bu..içini yeyib bitirən bir hiss..hər şeyi
tükədən,bitirən,yoran bir hiss..bəzən səni öpdüyü zaman əslində kimlə
savaşdığını bilmirsən,səni möhkəm qucaqladığında,içində kimi öldürməyə
çalışdığını anlamırsan..sənə
"sevirəm" dediyi zaman gözlərindəki hüznün səbəbini bilmirsən..bəlkə də
bilirsən və bu səni öldürür,sadəcə başqa bir səbəb axtarırsan..ümid
desək daha doğru olar..nifrət də edə bilmirsən,qəbul etmək də çətin
olur..çox çətin.....hələ sevgili deyilsiniz,dost heç deyilsiniz..nəsə
olanda dəli kimi qısqanırsınız,amma tam bildirə bilmirsiniz,nəsə soruşa
bilmirsiniz,fikriniz onda qalır,uzaqdan baxırsınız..bax o vaxtlar ən
gözəl vaxtlardır..скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!