Sevərkən edilən yanlışlar

Sevərkən edilən yanlışlar
Sevgi Dünyası
10.09.2017 8
İnsan sevərkən gözü heç nəyi görməz. Bu hal zamanla həmin insana zərər verə bilər.

Yaxşı
bir münasibət üçün bəzən fədakarlıqlar etmək və nələrdənsə keçmək olar,
ancaq  həddində. Özünüzü məcbur edərək və istəmədən edəcəyiniz
fədakarlıqlar şəxsiyyətinizə zərər verə bilər.

Sevərkən
ağıllı qərarlar vermək çətindir. Ancaq çox dəyər verdiyiniz, onun üçün
hər şeyi qurban verdiyiniz münasibətiniz bir gün bitdiyində nə edəcəyini
bilməyən biri olmaq istəmirsizsə, bəzi şeylərə diqqət etməlisiz. 

Sevginizi
sübut etmək üçün bədəninizdə bir işarə, ya əlamət olmasına ehtiyac
yoxdur. Bədəninizdə onun adını gəzdirərək yox, sözləriniz,
davranışlarınızla ona sevginizi göstərin. Həm nə qdər çox sevsəniz də,
sevginizin ömür boyu davam edəcəyinə zəmanət varmı? Yox.

Sevgilinizlə
görüşmək üçün o axşam etməli olduğunz işi sabaha saxlamaq, ya da onunla
söhbət etmək üçün bütün gecə oyaq qalmağın sizə heç bir faydası olmaz.
Sadəcə karyeranızda eniş yaşayacaqsız. Onu nə qədər çox sevsəniz də,
digər məsuliyyətlərinizi unutmayın.

Sevgilinizi
xoşbəxt görmək istəməniz normaldır. Ancaq məhz o istəyir deyə, onun
xoşbəxtliyi üçün ancaq o istədiyi şeyləri etmək məcburiyyətində
deyilsiz.

Münasibətinizin
ilk ayında bütün vaxtınızı sevgilinizə ayırdığınız üçün dostlar yaddan
çıxır. Ancaq bunun həmişə belə davam etməsinə imkan verməyin.

İllərdir vegeterian olduğunuz halda sevgiliniz ət xoşlayır deyə, ona görə yemək vərdişlərinizi dəyişdirməyin.

Sevgilinizin geyiminizə qarışmasına imkan verməyin.

Heç bir şeyi məcburi etməli deyilsiz. Onun istədiklərini etmək yerinə, danışaraq ikinizin də sevdiyi şeylər edin.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!