Sevgi bir gəlindir ...

Sevgi bir gəlindir ...
Sevgi Dünyası
10.09.2017 10








Sevgi bir qağayıdır,
Başında min bir təlaş 
Qanadlarında həsrət.
Əsrlərdir gəmilərin 
Liman həsrətlərinə əl yelləmiş 
Qışqırıqlarıyla dəniz köpüklərini ağlatmış



Sevgi bir çaydır,
Bir ömür sürən 
Gec gələn baharlarda 
Çağlayıb coşan 
Çağladıqca, coşduqca, qarşısında 
Nə bənd, nə də körpülər buraxan 



Sevgi bir küləkdir,
Səhər vaxtlarında 
Budaqların arasından əsən 
Əlləri xınalı qızların 
Saçlarını dağıdan
Üzünə dalğa dalğa vuran



Sevgi bir mənbədir,
Oluqlarından həsrət axan 
Dağlarda, ucsuz-bucaqsız düzənliklərdə 
Susamış yolçuların
Ovuclarına dolan
 
Sevgi bir quşdur 
Qanadlarında sevgi böyüdən 
Gözlərin içindəki budaqlarda, yuvalar quran 
Fırtınalı havalarda saçaq altlarında 
Zikrə düşən 



Sevgi bir gəlindir 
Gəlinliyi qədər ağ 
Duvağı qədər gizli 
Özü qədər pak




Sevgi bir həsrətdir, 
Buludun günəşə 
Ulduzun gecəyə 
Ayın pəncərəyə 
Gözün gözə 



Sevgi bir istilikdir,
Nəfəsləri ilə bədənləri istilədən 
İçdəki buz dağlarını əridən 
Vulkanlarını hirsləndirən 



Sevgi bir gözəllikdir,
Yaradanın nurunun 
Bir ovucla üflənən 
Gözə, qulağa, ələ, ürəyə 
Nə varsa toxunan.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!