Həqiqi sevgini tapmaq üçün 5 əsas prinsip

Həqiqi sevgini tapmaq üçün 5 əsas prinsip
Sevgi Dünyası
10.09.2017 8
Bəzi
insanlar tez-tez "Həqiqi sevgi neçə yaşda olur?” sualı üzərində
düşünürlər. Bu sualın isə dəqiq cavabı yoxdur, çünki məhəbbətin son
istifadə tarixi və ya tərifi yoxdur. 50, 60 və hətta 70 yaşlarında sevgi
tapıb, xoşbəxt olan insanlar var. Bəs, bu insanların xoşbəxtliyinin
sirri nədir? Qarşılıqlı inam və bəzi prinsipləri mənimsəmək bunun cavabı
ola bilər.

Qadınlar.biz sizə həqiqi sevginizi tapmaqda kömək edəcək bir neçə prinisipi sadalayacaq. Diqqətli olun.



1. Yaş sadəcə rəqəmdir.

20
yaşında olsa da, heç bir həyəcanı olmayan, günlərini kompüter
qarşısında vaxt öldürərək keçirən birini görmüsünüz? Ya da 60 yaşında
olub ki, 20 yaşlarında olduğu kimi enerjiyə malik olan bir adamla
qarşılaşmısınız? Əgər bu suallara cabanınız təsdiqləyicidirsə, yaşın
əslində tamamilə şərti bir şey olduğunu da dərhal başa düşəcəksiniz.



2. Hər yerdə fürsət var.

Sevginizi
tapmaq üçün mütləq getməli olduğunuz hər hansı bir yer və ya bunun kimi
bir məcburiyyət yoxdur. Sadəcə, fürsətlərə açıq olun və bu imkanların
hər an, hər yerdə qarşınıza çıxa biləcəyini unutmayın.



3. Təcrübələriniz məhəbbəti zənginləşdirir

Daha
gənc yaşlarınızda olan sevgi macəralarınız nə qədər məsum və
şirindirsə, daha yetkin yaşlarda yaşanan eşqlər da bir o qədər doydurucu
və dinclik verici ola bilir.



4. Çətinlik hər kəsin həyatında baş verir.

Həyat
yoldaşını beyin xərçəngindən itirmiş və son anına qədər onun yanında
olmuş qadın haqqında düşünün. O, ərinin ölümündən sonra özünü xarici
dünyadan uzaqlaşdırmaq əvəzinə, birlikdə olarkən öyrəndiklərini
başqaları ilə bölüşməyi üstün tutur. Həyat yoldaşının ölümünün üzərindən
29 il keçən bu qadın, indilərdə yeni biriylə görüşməyə başlayıb.
Unutmayın ki, nə olursa olsun, həyata daha pozitiv baxmaq, dözümlü olmaq
hər zaman insan üçün müsbət dönüşlər yaradır.



5. Flirt üçün heç vaxt gec deyil.

Bəzi
insanlar öz ruh əkizlərini tez tapacaq qədər şanslı ola bilərlər. Ancaq
bir çox insanın bu səfəri müxtəlif uğursuz cəhdlərlə keçirir.
Uğursuzluqlar ola bilər, əhəmiyyətli olan bu uğursuzluqların sizi ruhdan
düşürməsinə, mənfi düşüncəyə sövq etməməsinə çalışmaqdır. Uğurlu sevgi
münasibəti üçün realist olmalısınız və özünüzə verdiyiniz dəyəri heç
vaxt unutmamalısınız.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!