Çirkli paltarlar

Çirkli paltarlar
Sevgi Dünyası
10.09.2017 6
Bir ailə yeni mənzilə köçmüşdü. Bir dəfə arvad mətbəxdə səhər yeməyi
yeyərkən pəncərədən baxdı və qarşı tərəfdəki binanın balkonunda yuduğu paltarları qurutmaq üçün sərən qonşu qadını gördü.Ərinə üz tutub dedi:

- Bax, əzizim, qonşumuz necə pintidir, çirkli paltarları qurumağa sərib.

Amma əri ciddi-cəhdlə təzə qəzeti oxuyur və arvadının sözlərini eşitməzliyə vurur.

- Yəqin ki, o, yuyucu toza qənaət edir, ən ucuzunu alır, bəlkə də heç paltar yumağı bilmir.Onu öyrətmək pis olmazdı...

Hər dəfə qonşu qadın paltar sərəndə, arvadı onların necə də çirkli olmasına heyrətlənirdi.

Bir gün gözəl bir səhər çağı o, pəncərədən baxıb təəccübləndi:

- Bir buna bax, möcüzə baş verib. Bizim qonşu axır ki, paltar yumağı
öyrənib! Ya da ki özünə yaxşı bir paltaryuyan maşın almaq ağlına gəlib.

- Heç də yox,-əri dedi, -sadəcə mən bu gün səhər tez durmuşam və neçə vaxtdır çirk basmış pəncərəmizi yumuşam.

Bizim həyatımız da belədir! Ətrafımızda baş verənləri, hadisələri, insanları necə qavramağımız baxdığımız pəncərədən asılıdır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!