O qəhvəyi gözlər mənimdir

O qəhvəyi gözlər mənimdir
Sevgi Dünyası
10.09.2017 32
Gözlər... Sadəcə baxmır, eyni zamanda danışır, ürəkdə olanları bir
muncuqtək düzür öz gilələrinə... Sanki o qəhvəyi gözlər rahatlayır
sevdiyini izlədikcə. Bəlkə özü belə fərqinə varmır bunun, ya bəlkə də
fərqinə varır, amma qadağa qoya bilmir, çünki gözlər ağıl, məntiq nədir
bilmir, gözlər sırf hislərlə hərəkət edir.  Gözlər hislərin
yönləndirdiyi istiqamətə baxır, heç bir qanun bilmədən, qadağalara məhəl
qoymadan. Gözlər ən pis sirdaşdır, onlar ürəyin bütün sirlərin açıq-
aşkar üzə çıxarar, heç qorxmadan, çəkinmədən, sonunu düşünmədən təslim
edər özünü aid olduğu və ya olmaq istədiyi gözlərə. İçindəki atəş söndü
deyə hiss etdiyin an qəfildən çıxar qarşına və gözlərin səni yenə ələ
verər. Nə qədər gözlərinə əsəbiləşsən də, kaş gözlərimi çəkə bilsəydim
desən də, sonunda sən də qəbul edərsən yaşadığının nə qədər gözəl
olduğunu, saniyələr də olsa onun gözlərinin dərinliyinə varmanın,
hislərin kulminasiya nöqtəsinə çatmasının əvəzolunmaz olduğunu.
Saniyələr ərzində də olsa ona aid olduğunu hiss etməyin nə qədər
möhtəşəm olduğunu... O qədər istəyərsən ki, o gözlər bütünlüklə sənə aid
olsun, yalnızca sənin gözlərində birləşsin, tam qürürla o qəhvəyi
gözlər mənimdir deyəsən. O gözlərin dərinliyində qeyb olasan, sənə bəxş
etdiyi hüzurun kölgəsində dincələsən. Daldıqca dalmaq, izlədikcə izləmək
istədiyin, amma yenə də doymadığın bir dəniz biləsən o gözləri. Amma
səbr etməkdən başqa çarə qalmaz, gözləməkdən başqa çarə qalmaz, əslində
vardır bir çarə, amma qürur daha önəmlidir prinsipi ilə addımlayan biri
olaraq səbr ən gözəlidir.

 Müəllif---- Angela7скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!