Məhəbbətin gözü niyə kordur?

Məhəbbətin gözü niyə kordur?
Sevgi Dünyası
10.09.2017 29
Uzun zaman əvvəl, dünya yaradılmadan, insanlar dünyaya gəlməmişdən
əvvəl yaxşı xasiyyətlər və pis xasiyyətlər nə edəcəklərini belə bilməz
vəziyyətdə dolanırlar. Bir gün, toplaşıblar və həmişəkindən daha sakit
otutrarkən Saflıq, ortaya bir ideya atıb:

- Niyə gizlənpaç oynamırıq?

Və hamısı bu fikri bəyənir. Dərhal Çılğınlıq, qışqırır:

"Mən əbə olmaq və saymaq istəyirəm. Mən əbə olmaq istəyirəm!" Və
başqa heç kim Çılğınlığı axtaracaq qədər ağlını itirmədiyi üçün,
Çılğınlıq bir ağaca söykənir və saymağa başlayır 1, 2, 3... Çılğınlıq
saydıqca, yaxşı xasiyyətlərlə pis xasiyyətlər gizlənəcək yer axtarırlar.

Şəfqət Ayın buynuzuna asılır;

Xəyanət zibil yığınının içinə girir;

Sevgi buludların arasına qıvrılır;

Yalan bir daşın altında gizlənəcəyini deyir, amma yalan söyləyir çünki gölün dibində gizlənir;

Ehtiras dünyanın mərkəzinə gedir;

Pul hərisliyi bir çuvalın içinə girərkən kisəni cırır.

Çılğınlıq saymağa davam edir, 79, 80, 81, 82...

Məhəbbətdən başqa, bütün yaxşı xasiyyətlər və pis xasiyyətlər o ana
qədər onsuz da gizlənir. Məhəbbət isə qərarsız olduğu kimi, harda
gizlənəcəyini də bilmir.

"Bu bizi təəccübləndirməməlidir çünki hamımız Eşqi gizlətməyin nə qədər çətin olduğunu bilirik."

Çılğınlıq 95, 96, 97-yə qədər gəlib çıxır və 100-ə gəldiyi anda,
Məhəbbət sıçrayıb güllərin arasına girır və gizlənir. Çılğınlıq
qışqırır:

- Açdım qaç, gizlənpaç!

Və arxasını dönəndə, ilk əvvəl Tənbəlliyi görür, o dayanıb çünki
gizlənəcək enerjisi yoxdur. Sonra Şəfqəti ayın buynuzunda, Xəyanəti
zibillərin arasında, Sevgini buludların arasında, Yalanı gölün dibində
və Ehtirası dünyanın mərkəzində görüb, hamısını bir-bir tapır, yalnız
biri istisna...

Çılğınlıq ümidsizliyə qapılır, ən son gizlənmiş adamı tapmadığını
deyəndə, Həsəd, tapılmadığı üçün həsəd apararaq, Çılğınlığın qulağına
pıçıldayır:

- "Məhəbbəti tapa bilmirsən?, O güllərin arasında gizlənib".
Çılğınlıq çəngəl şəklində taxta bir çubuğu əlinə götürür, və güllərin
arasına dəlicənə sancır. Ta ki mənəvi əzab verən bir səslənmə onu
dayandırana qədər. Və qışqırıqdan sonra, Məhəbbət əlləri ilə üzünü
örtərək ortaya çıxır. Barmaqlarının arasından gözlərindən iki sicim kimi
qan axır. Çılğınlıq Məhəbbəti tapmaq üçün həyəcandan Məhəbbətin
gözlərini çəngəl dəyənək ilə kor edir:

"Nə etdim mən? Nə etdim mən? - deyə qışqırır. Səni kor etdim. Necə düzəldə bilərəm? - Məhəbbət cavab verir:

"Gözlərimi geri verə bilməzsən. Amma mənim üçün bir şey etmək istəsən, mənim bələdçim olarsan".

 

 "Və o gündən bəri, Məhəbbətin gözü kor, Çılğınlıq isə hər zaman yanındadır".скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!