Effektiv çıxış yoludurmu?

Effektiv çıxış yoludurmu?
Sevgi Dünyası
10.09.2017 6
Dövlət
bir gün geniş və boş bir əraziyə gecələr nəzarət etsin deyə 500 AZN
maaşla, bir gözətçi işə götürməyə qərar verir. Bir müddət sonra
düşünürlər; 

'' Yaxşı, təlimatlar olmadan gözətçi işini necə edəcək'' 

Bir planlaşdırma idarəsi yaradılır və planlama məsələsini həll etmək üzrə, 750 AZN-lik maaşla, iki adam işə götürülür.

Bir
müddət sonra ''İşləri qaydasında edib etmədiklərini necə bilək, nəzarət
edək'' deyə düşündükdən sonra, 1000 AZN-lik maaşla, iki Nəzarətçi işə
götürülür, biri nəzarət edir, digəri hesabatları yazır.

Bir
müddət sonra '' Bunların maaşları hesablanıb necə ödəniləcək'' deyə
müzakirə mövzusu ortaya çıxır və 1500 AZN-lik maaşla bir mühasib, bir
katib, bir də statistika üzrə kadr işə götürülür.

Bir
müddət sonra; '' Yaxşı, bunların üstündə kim cavabdeh şəxs olmalıdı''
deyə düşünürlər və 5000 AZN maaşlı bir müdir və 3000 AZN-lik maaşla iki
müdir köməkçisi işə götürülür. 

Bir müddət sonra, ölkədə iqtisadi böhran ortaya çıxır və büdcədəki xərcləri azaltmaq üçün "Gözətçi işdən çıxardılır"!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!