Ancaq və ancaq körpəm üçün

Ancaq və ancaq körpəm üçün
Sevgi Dünyası
10.09.2017 8
Avstraliyada
o günə qədər görünməmiş bir quraqlıq başlamışdı. Meşədə yaşayan
heyvanlar susuzluqdan ölürdülər. Heyvanlar arasında su tapmaq üçün
kəndlərə "üz tutanlar” da var idi. Halbuki, kəndlərdə yaşayanların
vəziyyəti onlardan yaxşı deyildi. İnəklər və qoyunlar susuzluqdan zəif
düşmüşdülər. Onlar da meşədəki heyvanlar kimi ölümə məhkum idilər.
Kəndlilər isə əllərində qalan su ilə həm özlərini, həm də heyvanlarını
xilas etməyə çalışırdılar. Ona görə də bu qiymətli sərvəti meşə
heyvanları ilə "bölüşmək” niyyətində deyildilər. Hətta bəzi kəndlilər
əllərində tüfəng su anbarlarının yanında keşik çəkirdilər...

susuz
qalmış kenquruBelə quraqlıq günlərindən birində əlində silah keşik
çəkən bir kəndli kolluqların arasından bir səs eşitdi. Kəndli: "Bu,
yəqin ki, meşədəki heyvanlardan biridir” – deyə düşündü. Asta və səssiz
addımlarla səs gələn tərəfə getdi. Əlindəki tüfəng isə çoxdan atəşə
hazır vəziyyətdə idi. Artıq hədəfə kifayət qədər yaxınlaşmışdı.
Tüfəngini qaldırıb nişan aldı və heyvanın üzə çıxmasını gözləməyə
başladı. Bir azdan kolluqların arasından kisəsində balası olan bir
kenquru çıxdı. Kenqurunun susuzluğu üzündən oxunurdu. O, qəhvə rəngli
gözləri ilə kəndliyə baxır və sanki bir udum su üçün yalvarırdı. Kəndli
istər-istəməz əlini tətikdən çəkdi. Nə olursa-olsun, o, kenqurunu öldürə
bilməzdi. Üstəlik, yanında balası da vardı. Kenquru asta addımlarla
inəklər üçün qoyulan su qabının yanına getdi. Kəndli hələ də onlara
baxmaqda davam edirdi. Kenquru da gözlərini kəndlidən çəkmirdi. 

Nəhayət,
kenquru su qabına yaxınlaşdı. Kenquru balası suyu görən kimi içməyə
başladı. Balaca kenquru o qədər susamışdı ki, az qala suyun içinə
düşəcəkdi. Ana kenquru isə yalvarış dolu baxışlarla kəndliyə baxmaqda
davam edirdi. Kenquru balası doyunca su içib başını qaldırdı. Artıq
getçək vaxtı idi və ana balası ilə birlikdə bir az əvvəl gəldikləri
kolluqlara tərəf getdi. Bir azdan hər ikisi gözdən itdilər. Bütün bu baş
verənlərə tamaşa edən kəndli isə tüfəngini bir kənbara qoymuş və
səssizcə ağlamağa başlamışdı. Çünki ana kenquru bütün susuzluğuna
baxmayaraq, bir udum da su içməmişdi. O yalvarış dolu baxışlar isə
"ANCAQ VƏ ANCAQ KÖRPƏM ÜÇÜN...” demək idi...скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!