Hara, kimə gedirsən get yetər ki, sən xoşbəxt ol

Hara, kimə gedirsən get yetər ki, sən xoşbəxt ol
Sevgi Dünyası
10.09.2017 7
Səni çox sevmişdim. Sənin uğrunda çox ağlamışam.



Gecələr boyu yatanda mələklərin qanadlarıyla uçarkən mən pəncərəmin önündə sənin yuxunu görmək üçün dua edirdim.



Bir baxışına, bir dodaq hərəkətinə, gülüşünə çatmaq üçün dünyanın bütün güllərini qarşına sərərdim.



Şeirlər,
mahnılar, sevgilər içinde alovlanan atəş onun yanğınında sənin üçün kül
oldum. Ağır xəstələr gecəni çətin keçirir. Səhəri gözləyir qırıq
qəlblər, ümidlər, tənha ruhlar.



Tənhadı
gecələrim, qan itkisindən gedən bir yaralı kimi ümidsizdi gecələrim. Bir
uçurumun kənarına məni aparan maşındı gecələrim. Adına tənhalıq dedim.
Sənsizlik dedim, sən məni tanımadın, məni sevmədin.



Bu bir ölümdü. Yaşamaq mümkün deyil. Tənhalıq qaranlıq qapılarıyla üzümə bağlandı. Amansız acılar içindəyəm.



Ey sevdiyim mən səni çox sevdim. Dünya bildi sən bilmədin.



Tənhalığın digər
adı qarşılıq almamaqdı. Qaça bilməyəcəyin qədər yaxın, tutula bilməyəcək
qədər uzaq yerdəsən. Mənim sevgimə tənhalıq qucaq açdı. Sənin yoxluğuna
toxundum içim yandı. Sənsiz otağımda sənə səsləndim. Sənin qapıların
mənə bağlıdır. Öz səsim yenə mənə qayıtdı. Anladım ki, məni heç
eşitməyəcəksən. Səni qınaya bilmərəm.



Səndən incimərəm. Bir tək istədiyim var, oda xoşbəxt olmağın. Xoşbəxt ol, sevdiyim...



Hara, kimə gedirsən get yetər ki, sən xoşbəxt ol. Bu mənə bəs edər əzizim... :((скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!